Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Hacı İbrahim ve Mavrodi

Hacı İbrahim ve Mavrodi

16/05/2015

18:32


xeber –

Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında saxlanılnlardan biri də Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur oliqarx oldu.

Xəbər verdiyimiz kimi, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları kredit maxinasiyaları işi çərçivəsində Hacı İbrahimi də saxladılar və dindirdilər.

Oliqarxın fantastik “Xəzər adaları” layihəsi üçün götürülmüş kreditlərin mənimsənilməsi ittihamı ilə dindirildiyi bildirilir. Hələ oliqarxın saxlanılmasından əvvəl onun mifik layihəsi barədə araşdırma üzərində işləyirdi.

İndi Hacı İbrahimin saxlanıldığı, onun mifik layihəsinin çökdüyü və konserninin batmaqda olduğu haqda xəbərlərin yayıldığı bir vaxtda ekstravaqant oliqarx barədə həmin yazını oxuculara təqdim etməyi qərara aldıq.

***

2000-ci illərin əvvəllərində oliqarxların təzəcə varlanmaqda olduqları, milyonçuların, multimilyonçuların (təbii ki, qeyri-leqal) meydana çıxdığı və buna paralel olaraq dəniz sahili boyu orta əsrlər qəsrlərini xatırladan malikanələrin sürətlə artdığı vaxtlarda Bakı kəndlərinin birində çimərliyə gedənlər gördükləri mənzərə qarşısında heyrətə gəlmişdilər.

Onların qarşısında əsl dağ ucalırdı. Dəniz sahilində, dəniz səviyyəsindən sıfır hündürlükdə, yamacında qoyun-quzu otlayan, çoban tütək çalan, gur şəlaləli əsl dağ peyda olmuşdu. Və bu dağ Naxçıvanın əsrarəngiz Haçadağını xatırladırdı.

Xeyr, Haçadağ Naxçıvandan qopub Xəzər sahilinə gəlməmişdi, onu öz malikanəsinin həyətində naxçıvanlı oliqarx, “Avesta” konserninin sahibi, əslən Nehrəm kəndindən olan Hacı İbrahim – İbrahim İbrahimov ucaltdırmışdı.

***

O vaxtlar çox da məşhur olmayan oliqarxın bu ekstravaqant hərəkətinə – bağ evinin həyətində dağ ucaltmasına izah verməyin özü də dağ yaratmaq qədər çətin iş idi: bir çoxları bunu harınlıq əlaməti kimi yozurdular, bir çoxlarına görə, naxçıvanlı oliqarx Naxçıvan dağlarından birini “qoparıb” bağına ona görə gətirmişdi ki, hər səhər yuxudan oyananda pəncərədən bu dağa baxıb doğulduğu yerlərin təbii mənzərəsini xatırlasın.

Digərləri isə hesab edirdi ki, Hacı İbrahim sadəcə olaraq qonşularından – onun kimi zəngin, pulunun sayını-hesabını bilməyən və Xəzər sahillərini hasarlayıb qəsrlər ucaldan, hovuzlarında timsahdan tutmuş delfinə qədər müxtəlif dəniz canlıları saxlayan oliqarxlardan öz orijinallığı ilə seçilmək istəyirdi.

***

Sonradan Hacı İbrahimin biznesində uğursuzluqlar zolağı başladı. Rəsul Quliyevlə əlaqələrdə ittiham edilən və dövlət oliqarxiyasının etimadını itirən naxçıvanlı iş adamı Ədliyyə Nazirliyinin köhnə iş otaqlarının birinə sığınaraq tam iflasa uğradı.

Böyük milyonlarla Bakıya gələn savadsız iş adamı artıq ehtiyac içində boğulan didərgini xatırladırdı. O, artıq hər şeyini itirmişdi…

***

Ancaq 2000-ci illərin əvvəllərində bu dağ əhvalatı ilə Azərbaycanda hamını təəccübləndirməyi bacaran Nehrəmli Hacı İbrahim təxminən 10 il sonra yenə də hamını mat qoya bildi. Oliqarx bu dəfə Xəzər dənizini Naxçıvana “aparmamışdı” – Xəzərdə, süni adaların üzərində 1 milyardlıq şəhər salmaq istəyirdi və xeyli iddialı idi.

Hacı İbrahim Bakıda ikinci “Palm Jumeirah” – Dubaydakı məşhur süni adaları yaratmağa cəhd edirdi. Ancaq hər şey Viktor Çernomırdinin məşhur deyimində olduğu kimi alındı: daha yaxşı olmasını istədi, lakin “Palm Jumeirah” əvəzinə Nehrəm yaratdı…

***

Maraqlıdır ki, müflis olmuş oliqarx bu fantastik layihəyə başlayandan sonra qısa müddət ərzində birdən-birə yüz milyonların sahibinə çevrildi – şəxsi təyyarə, 14 minə alınan bur cüt ayaqqabı, dəbdəbəli həyat tərzi, eyş-işrət…

Bir vaxtlar müflis olmuş iş adamı şəhərin tanınmış ziyafət kraliçalarını ətrafına yığaraq onlara bahalı mənzillər və maşınlar alır… Hamı, bütün Bakı şəhəri oliqarxın gözlənilməz intibahına mat-məətəl qalmışdı. Axı böyük pulların mənbəyi hamı üçün bir sirr olaraq qalırdı.

***

O vaxtdan “Xəzər adaları” (“Khazar Ailands”) layihəsi haqda çox yazılıb, danışılıb. Çünki Hacı İbrahim bu fantastik layihəsinin PR işlərinə həddən artıq diqqət yönəldir və hərdən belə təəssürat yaranır ki, o, süni adalar üzərindəki şəhəri jurnalistlərin əli ilə salmaq istəyir. Layihə isə həm öz miqyasına, həm də maliyyə göstəricilərinə və parametrlərinin tez-tez dəyişıməsinə görə fantastikdir.

Yuxarıda qeyd olunduğu kimi, bu layihə əslində Dubaydakı “Palm Jumeirah”ın analoqu idi.

Amma bir fərq var idi. “Palm Jumeirah”ın yaradılması zərurəti intensiv sürətlə inkişaf edən, vergidən azad Dubayda sadəcə olaraq yaşayış sahəsinin çatışmazlığı idi. İnsanlar işləməyə və yaşamağa yer tapmırdı, çünki bütün dünyanın şirkətləri iqtisadi cənnətə üz tuturdu, Dubayda yaşamaq və işləmək uğrunda əməlli-başlı rəqabət başlanmışdı.

Bəs “Xəzər adaları”? Məgər Azərbaycanda torpaq və yer qıtlığı var idi ki, hələ süni adaların salınmasına da zərurət yarana?

Aydın məsələdir ki, bu layihə əsl profonasiya, milyonların göyə və Hacının ziyafət kraliçalarının zəngin həyatına üfürülməsinə hesablanmışdı. Yəni bu layihənin heç bir iqtisadi əsası yox idi, Xəzərdə süni adalar yaradıb üstündə şəhər salmağı heç bir neft bumu ilə, iqtisadi zərurətlə əsaslandırmaq mümkün deyildi.

***

Bu layihə haqda ilk dəfə elan ediləndə bildirilirdi ki, “Xəzər adaları” təxminən 40 adadan ibarət olacaq, 30 milyard dollara başa gələcək. Ancaq cəmi bir neçə gün sonra elan edildi ki, layihənin ümumi dəyəri 100 milyard dollardır. Söhbət 1 milyon insanın yaşayacağı, bütün infrastruktura malik şəhərdən gedir. Və bu şəhərdə hündür bina 500 metrlik “Azərbaycan qülləsi” olacaq.

Çox keçmədən bu göstəricilər də dəyişdi – beynəlxalq KİV-lər Hacı İbrahimə istinadən layihənin dəyərinin 125 milyard dolları keçəcəyi haqda xəbərlər yaydı. Daha sonra məlum olanda ki ərəblər dünyanın ən hündür binasını (1000 metr) tikməyə qərar verib, Hacı İbrahim heç ləngimədən “Azərbaycan qülləsi”nin hündürlüyünü iki dəfədən çox artırdı – 1050 metr. Adaların sayı isə 75-ə çıxdı.

***

Neft bumunun yaşandığı, dünya bazarlarında neftin barrelinin 150 dollara yaxın olduğu vaxtlarda Hacı İbrahimin özünün dediyi kimi, təyyarədə, təzə aldığı köynəyin büküldüyü kağızın üzərində cızdığı bu fantastik layihəsi geniş rezonans doğurdu.

Azərbaycanın ümumi daxili məhsulunun həcmindən də çox olan vəsaiti bu layihəyə kim xərcləyəcəkdi? Axı Hacı İbrahim o qədər də varlı deyildi – vur-tut 1-2 milyard pulu olardı. Onun nə işlə məşğul olduğu hələ də bəlli olmayan “Avesta” konserni 100-130 milyard dollar pulu hansı mənbələrdən cəlb edəcəkdi? Xəzərdə süni adalar yaratmaq və onların üzərində şəhər salmaq seysmik baxımdan nə dərəcədə ölçülüb-biçilmişdi? Milyonlarla ton zir-zibilin, daş-kəsəyin daşınıb dənizə tökülməsi onsuz da bərbad ekoloji durumda olan Xəzərin sahil sularının ekoloji vəziyyətinə necə təsir göstərəcəkdi?

***

Suallar çox idi və ciddi ekspertlər layihəni qeyri-real, iqtisadi baxımdan ölçülüb-biçilməmiş hesab edirdilər.

Ancaq Hacı İbrahim çoxdan işə başlamışdı. O, Bakının Sahil qəsəbəsi yaxınlığında dənizi palma ağacları ilə hasara alıb ilk süni adasını yaratmaqda idi. Və durmadan yerli və xarici KİV-lərə öz layihəsi haqda danışır, onun tamamilə real olduğuna hamını inandırmaq istəyirdi. Hətta “The New York Times” kimi nüfuzlu nəşrlə anlaşıb öz layihəsi haqda səhifələrlə yazı da dərc etdirmişdi.

Amerika jurnalistləri Nehrəmlinin dəbdəbəli evindən reportaj verərək Hacının qara kürünü yeməsindən bəhs edirdi. Görəsən, amerikalılar o zaman bilirdimi ki, təxminən il yarımdan sonra bu qara kürü Hacının burnundan gələcək?

Ancaq iş adamı o vaxt öz layihəsi haqda fantastik dərəcədə optimist idi və deyəsən, hələ də optimist olaraq qalır…

***

Lakin belə görünür ki, reallıqla Hacı İbrahimin xəyalları və optimizmi arasında çox dərin uçurum yaranıb. İşlərə başlamasından 5 ilə yaxın vaxt keçsə də onun layihəsi yerində sayır.

Oliqarxın bu günlərdə jurnalistlər üçün təşkil etdiyi növbətu turda dediklərindən məlum olurdu ki, indiyədək 5 süni ada yaradılıb, onlardan birində yaşayış binaları inşa olunur. İnşası davam edən binalarda mənzillər satışdadır – kvadratmetri 5 min dollara. Layihəyə indiyədək 1 milyard 157 milyon dollar xərclənib…

Yeri gəlmişkən, Hacı İbrahim Nehrəmli bu vəsaitin 1,1 milyard dollarının “şəxsi vəsaiti” olduğunu deyir. Bildirir ki, cəmi 57 milyon dollar (faizləri ilə birlikdə 70 milyon dollar) kredit borcu var – Azərbaycan Beynəlxalq Bankına.

Hərçənd ki, onun biznesinə yaxından bələd olan mənbələr başqa rəqəm deyir. Deyilənə görə, onun kredit borclarının ümumi məbləği 1 milyard dollara yaxındır. Yəni Hacı İbrahim utopik layihəsinə “öz pullarını” yox, banklardan aldığı kreditləri xərcləyib.

Həm də təkcə bu layihəyə yox. Şəxsi təyyarəyə, katibəsi üçün yüz min dollarlıq “cip”ə, minlərlə dollarlıq ətirlərə, özünə 14 min dollara ayaqqabı almağa və s. bu kimi dəbdəbələrə…

***

Hacı İbrahimin fantastik layihəsini reallaşdırmaq üçün fikirləşdiyi sxem çox sadədir. Oliqarx deyir ki, o, tikdiyi binalardakı mənzilləri satıb əldə etdiyi vəsaiti digər binaların tikintisinə və adaların salınmasına yönəldəcək.

Onun özünün açıqladığı məlumatlara əsasən hazırda birinci adada bir neçə bina tikilməkdədir, qalan binaların isə 50 faizinin özülü qoyulub. Tikilməkdə olan binalar başa çatdıqdan sonra özülü qoyulan binaların tikintisi başlayacaq. Beləliklə, birinci adada işlər başa çatacaq, daha sonra eyni sxemlə ikinci, üçüncü, dördüncü…, nəhayət, 78-ci ada tamamlanacaq.

Hacı İbrahim deyir ki, indiyə qədər cəmi 200-ə yaxın mənzil satıb (2013-cü ildə o, öz “Rolls-Roys”unda “The New York Times” müxbirini “Xəzər adaları”nı gəzdirəndə satılan mənzillərin sayı 160-a yaxın idi, yəni Hacı ildə orta hesabla 20 mənzil sata bilib).

Haşiyə: Bu yerdə xüsusi qeyd etmək lazımdır ki, Hacı İbrahimin süni ada üzərində inşa etdiyi yaşayış binalarının heç biri ölkədə tikinti təhlükəsizliyi normalarına ciddi nəzarət edən Fövqəladə Hallar Nazirliyi tərəfindən hələ istismara qəbul edilməyib. Deməli, həmin binaların nə dərəcədə təhlükəsiz olduğu da hələ aydın deyil.

***

Bu yazının sərlövhəsində ötən əsrin 90-cı illərinin əvvəllərində Rusiyada qurduğu maliyyə piramidası ilə 10 milyona yaxın insanı aldadan Sergey Mavrodinin soyadını təsadüfən işlətmədik.

S.Mavrodi bütün keçmiş sovet respublikalarında maliyyə piramidasının “atası” sayılır. Onun adı gələndə rusiyalılar hələ də SSRİ-ni dağıdanlara və bazar iqtisadiyyatına lənət oxuyurlar.

Bəs Mavrodinin bizim Hacı İbrahimlə nə əlaqəsi?

Məsələ ondadır ki, Mavrodidən sonra bütün keçmiş sovet respublikalarında yağışdan sonra göbələk kimi artan maliyyə piramidalarının (Azərbaycanda 90-cı illərin ortalarında fəaliyyət göstərmiş “Vahidbank”ı da yəqin xatırlayanlar var) əksəriyyəti çökdü.

2000-ci illərin əvvəllərində isə yeni dəb yarandı – tikinti piramidası. Bu piramidalar heç də qədim Misir piramidalarına oxşamır, sadə sxemə əsaslanır: işbazlar yaşayış binası ucaltmaq üçün ərazi alır, hasarlayır, hətta özül də qazırlar. Bundan sonra hələ tikilməmiş binada mənzillər “sərfəli şərtlərlə” satışa çıxarılır. Bu şərtlərə aldanan müştərilər kağız üzərində ilk mənzilləri alır, işbazlar onlardan cəlb etdikləri vəsaitdən faizsiz kredit kimi yararlanıb tikintiyə başlayır və növbə digər müştərilərə çatır.

Beləliklə, bina tamamlanır. Ancaq həmişə yox. Təkcə Bakıda bu cür “mavrodilərin” aldatdığı, hələ tikilməyən mənzilin pulunu illər əvvəl ödəyən, ancaq nə pulunu, nə mənzilini alan minlərlə adam tapmaq olar.

***

Hacı İbrahimin özünün açıqladığı sxem bu tikinti-maliyyə piramidasını xatırladırmı? Əlbəttə, xatırladır. Sxem eynidir, sadəcə başqaları bu sxemi bir və ya bir neçə yaşayş binasında tətbiq edir – bir mərtəbəni əvvəlcədən satıb pulunu o biri mərtəbəyə xərcləyir, sonra üçüncüyə keçir və s.

Hacı İbrahimin miqyası isə genişdir. O, birinci adadan mənzilləri satıb pulunu ikinci adaya, sonra üçüncü adaya, nəhayət, 78-ci adaya sərf edəcək. “Yolüstü” düyanın ən hündür binasını – 1050 metrlik “Azərbaycan qülləsi”ni də tikəcək və özünün dediyi kimi, qüllənin penthausundakı mənzilindən rahatca “Xəzər adaları”nı seyr edəcək.

Bu ekstravaqant iş adamı hələ ötən il “Xəzər adaları”ındakı ilk açılışda – çimərlik kimi təqdim etdiyi böyük hovuzun açılışında deyirdi: “Bir aydan sonra evlərin rəsmi satışına başlayacağıq. 50 milyonluq ev sata bilsəm, gələn il bu rəqəm 150-yə qalxacaq. Beləliklə, şəhərin tikintisi getdikcə artmağa başlayacaq. Şəhər möhtəşəmdir (hələ tikilməyən şəhərdən bəhs edir-red.). Əsas odur ki, şəhərin 1-ci etapı nə zaman hazır olacaq. 150 min insan nə zaman burada yaşamağa başlayacaq. Hesab edirəm ki, 2016-cı ilin martından insanlar burada məskunlaşacaq, 2022-də artıq burada 150 min insan yaşayacaq. Bütün dünyanın turistlərini bura dəvət etməyə çalışacağıq. Buna nail olsaq, hər şey dəyişəcək. İnsanlar çamadanla qapımın ağzında dayanıb “Hacı İbrahim, xahiş edirəm, pulumu qəbul edib, mənə ev ver” deyəcək”.

***

Ancaq Hacı İbrahimin “Azərbaycan qülləsi”nin penthausuna çıxması yolunda “bir balaca” əngəl var. Deyir ki, onun birinci adada işləri tamamlaması üçün 2 milyard dollara ehtiyacı yaranıb.

Və oliqarxın planına görə, bu pulu tapa bilsə, birinci adalar qrupunu ən geci 2020-ci ilə qədər tamamlayacaq, oradan 7-10 milyard dollar gəlir əldə edib növbəti adalar qrupuna sərf edəcək və s. (Bir il əvvəl isə o, “mənə 8 milyard versələr birinci mərhələni başa vuraram” deyirdi).

Bəs Hacı İbrahim bu 2 milyard dolları haradan alacaq? O, durmadan xarici və yerli iş adamlarını bu layihəyə yatırım qoymağa çağırır, onlara azı 50 faiz gəlir vəd edir, danışıqlar aparır, səfirlərə qonaqlıq verir, jurnalistləri başına yığır, görüşlər keçirir. Nəticə isə yoxdur, çoxlu vədlər var.

Hələlik hansısa ciddi investorun bu layihəyə sanballı yatırım qoymağa razılaşdığını görən olmayıb. Birinci adada evlərin satışı da ləng gedir – ildə təxminən 20 mənzil satmaqla 2 milyardı toplamaq çətindir. Üstəlik oliqarxın borclarla bağlı ciddi problemləri yaranıb. Məlumatlar var ki, o, tikintidə işlətdiyi fəhlələrin pulunu da vaxtlı-vaxtında verə bilmir. Fəhlə heyətini tez-tez dəyişir, Bakının fəhlə bazarlarından heç bir ixtisası olmayan işçiləri bu cür mürəkkəb tikintiyə cəlb edir. Beləliklə, piramida çökmək üzrədir…

***

2000-ci illərin əvvəllərində oliqarxın öz zənginliyini başqalarına göstərmək üçün bir neçə yüz min xərcləyib dəniz sahilindəki malikanəsində dağ ucaltmasını bəlkə də başa düşmək olardı.

Ancaq Azərbaycanın ümumi daxili məhsulunu həcmindən də artıq vəsaitə başa gələcək ada-şəhər salmaq onun nəyinə lazım idi? Bu layihənin texniki-iqtisadi əsaslandırılmasını kim aparmışdı? Ümumiyyətlə, aparan olubmu? Axı dünyada bu cür meqa-layihələrə başlamazdan əvvəl uzun müddət onun texniki-iqtisadi əsaslandırılmasıüzərində işləyirlər, ətraf mühitə təsirindən tutmuş təhlükəsizliyinə qədər ən müxtəlif amilləri dönə-dönə nəzərdən keçirirlər.

Hansı ciddi iş adamı bu cür araşdırmalalar aparmaqdan öz milyardlarını fantastik layihəyə xərcləyər? Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda, sənayedə, kənd təsərrüfatında yatırımlara bu qədər ehtiyac olduğu, prezident İlham Əliyevin iş adamlarını iqtisadiyyatın real sektorlarına yatırım qoymağa çağırdığı halda milyardları tikinti piramidasına niyə xərcləyəsən?

Hacı İbrahim isə xərcləyir. Və hələ də optimistdir. “Nəyin bahasına olursa olsun, bu layihəni başa çatdıracağam” deyir…

…Və bu da son. Hacı İbrahim “Xəzər adaları” xəyallarını indi “bandotdel”in müstəntiqləri ilə paylaşır.

Mənbə : Anspress.com




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website