xeber –
Emin Ağalarovun qarmon hədiyyə etdiyi gözdən əlil ANS in efirində Brilliant Dadaşova ilə duet oxudu
Hər dəfə maraqlı hadisələrlə yadda qalan ANS TV də Zaur Nəbioğlunun aparıcısı olduğu A dan Z yə verilişində bu dəfə də bir çox anlar oldu.
ANS PRESS-in məlumatına görə, aparıcı 15 yaşlı gözdən əlil Nurlan Əhmədovu çəkiliş məkanına dəvət edərək onun istedadını tamaşaçılara göstərib. Nurlanın oxumaq qabiliyyəti ilə yanaşı tamaşaçılar onu qarmon ifaçısı kimi də tanıyıblar. Verilişin qonaqları Brilliant Dadaşova və Akif Islamzadə de Nurlana xeyir dua verib, ona bu yolda uğurlar arzu edib.
Hətta Nurlanın dedikləri Brilliant Dadaşovanın göz yaşlarına səbəb olub və o üzünü imkanlı şəxslərə tutaraq bu cür istedadlı və köməyə ehtiyacı olan gənclərə kömək olmalarını istəyib. Növbəti müracət isə verilişin aparıcısı Zaur Nəbioğlu tərəfindən səslənib, o el şənliklərinə, tədbilərə gedən müğənnilərə, təşkilatçılara səslənərək Nurlana işlərlə bağlı kömək olmalarını istəyib.
Verilişdə Nurlanın qarmon ifa etmə bacarığının olduğunu, lakin onun qarmon ala bilmədiyini eşidən dünyaca məşhur həmyerlimiz bəstəkar-müğənni Emin Ağalarovun ona qarmon hədiyyə etməsi barədə də sujet yayımlanıb. Həmin sujetdə Emin özu Nurlana etdiyi video müraciətdə illər əvvəl onunla birgə duetlərini xatırlayıb.
Qeyd edək ki, illər əvvəl Nurlan Moskvada keçirilən “Белая Трость” adlı 3 cü beynəlxalq festivalda Emin Ağalarovla duet ifa edib. Verilişdə Nurlan Emin Ağalarovun ona hədiyye etdiyi qarmonda musiqi səsləndirib, Akif Islamzadənin repertuarından mahnı və Brilliant Dadaşova ilə duet də oxuyub.
Mənbə : Anspress.com