Gencede kisi arvadini ve qayinatasini bicaqlayib

[r32]

2 Sentyabr, 2017  09:23 xeber – Gəncədə kişi arvadını və qayınatasını bıçaqlayıb.  
“Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlu və 1975-ci il təvəllüdlü Bayramova Fərqanə Mübarız qızı bıçaqlanıb. 
Hadisə ailə münaqişəsi zəminində baş verib. Gəncə şəhərində yeni açılmış marketlərin birində işə girən Fərqanə Bayramova ilə əri arasında mübahisə yaranıb. Belə ki, yoldaşının marketdə çalışmasını istəməyən ər həyat yoldaşını döyüb. Qadın atası evinə gedib. Bu zaman onun həyat yoldaşı qaynata evinə gedərək orada da mübahisə edib. O, həyat yoldaşını və onları aralamağa çalışan qaynatası Gəncə şəhər sakini, 1951-ci il təvəllüdlü Aslanov Mübariz İmran oğlunu qolundan bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Hələki kimliyi açıqlanmayan ər isə polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az