San Marino futbolcusu: 'Azerbaycanli oyuncular barede melumatim yoxdur'

[r32]

3 Sentyabr, 2017  19:43 xeber – “Şimali İrlandiya ilə görüşdə 70 dəqiqə ərzində qol buraxmamağımızı bizim üçün böyük nəticə kimi qiymətləndirmək olar. Lakin bununla kifayətlənmək fikrimiz yoxdur. Qarşıdakı oyunda da yaxşı çıxış etməyə çalışacağıq”.
“Report” xəbər verir ki, bunu San Marino millisinin futbolçusu Aldo Simonçini 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Rəqibin qapıçısı Azərbaycan milli komandasının futbolçuları barədə məlumatlı olmadığını söyləyib:
“Azərbaycanlı oyunçular barədə məlumatım yoxdur. Çünki bu, bizim ikinci görüşümüz olacaq. Adətən qapıçılar diqqət mərkəzində olur. Yalnız bunu söyləyə bilərəm”.
Sentyabrın 4-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – San Marino oyunu saat 20:00-da başlayacaq.

mənbə :
Report.az