4 Sentyabr, 2017 00:58 xeber – Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində VIII tura start verilib.
“Report”un məlumatına görə, turun ilk oyun günündə A, B və H qruplarında 9 oyun keçirilib.
H qrupunda Belçika yığması səfərdə Yunanıstanı 2:1 hesabı ilə yenərək, sona 2 tur qalmış qrup lideri kimi mundiala birbaşa vəsiqəni təmin edib.
Gecənin sensasiyası A qrupunda yaşanıb. Fransa evdə Lüksemburqu yenə bilməməklə, Rusiyadakı mundiala birbaşa vəsiqə şanslarını çətinləşdirib. B qrupunda isə İsveçrə və Portuqaliya səfər qələbələri sayəsində qrupda ilk 2 yeri təmin ediblər. Amma onlardan hansının birbaşa vəsiqəni əldə edəcəkləri son 2 turda müəyyənləşəcək.
2018-ci il dünya çempionatı
Seçmə qrup mərhələsi
VIII tur
3 sentyabr
A qrupu
20:00. Belarus – İsveç – 0:4
Qollar: Emil Forsbeq, 18. Xristofer Niman, 24. Markus Berq, 37. Andres Qranqvis, 84 (pen)
20:00. Hollandiya – Bolqarıstan – 3:1
Qol: Devi Proper, 7, 80. Aryen Robben, 67 – Branimir Kostadinov, 69
22:45. Fransa – Lüksemburq – 0:0
Xal durumu: Fransa – 17, İsveç – 16, Hollandiya – 13, Bolqarıstan – 12, Lüksemburq – 5, Belarus – 5.
B qrupu
20:00. Farer adaları – Andorra – 1:0
Qol: Cilli Sorensen, 37
22:45. Macarıstan – Portuqaliya – 0:1
Qol: Andre Silva, 48
22:45. Latviya – İsveçrə – 0:3
Qollar: Haris Seferoviç, 9. Rikardo Rodriges, 58-penalti ilə. Blerim Cemali, 55
Yerinə yetirilməyən penalti: Blerim Cemali, 32 (İsveçrə)
Xal durumu: İsveçrə – 24, Portuqaliya – 21, Macarıstan – 10, Farer adaları – 8, Andorra – 4, Latviya – 3.
H qrupu
20:00. Estoniya – Kipr – 1:0
Qol: Matias Keyt, 90+2
22:45. Yunanıstan – Belçika – 1:2
Qollar: Zeka, 73 – Yan Vertongen, 70. Romelu Lukaku, 75
22:45. Cəbəllütariq – Bosniya və Herseqovina – 0:4
Qollar: Edin Ceko, 35; 85. Kenan Kodro, 65. Senad Luliç, 83
Xal durumu: Belçika – 22, Bosniya və Herseqovina – 14, Yunanıstan – 13, Kipr – 10, Estoniya – 8, Cəbəllütariq – 0.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.