5 Sentyabr, 2017 06:15 xeber – Kamçatka yaxınlığında ardıcıl iki zəlzələ olub.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, təbii hadisə 2 dəfə qeydə alınıb.
Petropavlovsk Seysmoloji Stansiyasından agentliyə verilən xəbərə görə, 4,6 maqnitudalı birinci zəlzələ yerli vaxtla saat 21:45-də qeydə alınıb. Zəlzələnin episentri Komandor adaları yaxınlığında, 716 kilometr dərinlikdə yerləşib.
Yerli vaxtla saat 00:38-də qeydə alınan ikinci zəlzələ isə 4 bal gücündə olub. Zəlzələnin episentri dənizdə, Petropavlovsk-Kamçatkdan 356 kilometr şimalda yerləşib.
Sunami təhlükəsi elan edilməyib. Dağıntı və ya tələfat yoxdur.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.