Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

'Fitch' Azerbaycan Beynelxalq Bankinin reytinqlerini yukselde biler

'Fitch' Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəldə bilər

05/09/2017

20:00


5 Sentyabr, 2017  19:52 xeber – “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin könüllü restrukturizasiyasının uğurla başa çatması nəticəsində müddəti 2019-cu ilə qədər nəzərdə tutulmuş 500 milyon ABŞ dolları həcmində avrobondların bankın balansından çıxarılmasını nəzərə alaraq onlara verdiyi reytinqləri geri çağırıb.
“Report” bu barədə Bankın Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir. 
Restrukturizasiya planına əsasən, Bankın yeni buraxılan və müddəti 2024-cü ilə qədər müəyyənləşən istiqrazlarına isə hələlik reytinqlər verilməyib. Agentliyin rəyində qeyd edilir ki, restrukturizasiya prosesindən sonrakı dövrdə bankın kredit profili haqqında kifayət qədər məlumat əldə etdikdən sonra “Fitch” Azərbaycan Beynəlxalq Bankının həm qısamüddətli yerli və xarici valyutada olan reytinqinin (IDRs), həm də Dayanıqlıq Reytinqinin (Viability Rating) yüksələcəyini gözləyir.
Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesi sentyabrın 1-də faktiki olaraq başa çatıb. 

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website