Azerbaycan gomrukculeri Gurcustan vetendasinin avtomobilinin yanacaq ceninde kulli miqdarda pirotexniki vasite askar edib

[r32]

7 Sentyabr, 2017  10:11 xeber – Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana gələn qonşu ölkə vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin “Sınıq Körpü” gömrük postunda keçirilən baxış zamanı, həmin nəqliyyat vasitəsinin yanacaq çənində, üzərində “Çernaya smert” yazısı olan 300 qutu (hər birində 10 ədəd olmaqla) pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

mənbə :
Report.az