Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

Zaur Svanadze: 'Bizim ucun movsum boyu cox cetin olacaq'

Zaur Svanadze: 'Bizim üçün mövsüm boyu çox çətin olacaq'

09/09/2017

19:45


9 Sentyabr, 2017  19:43 xeber – “Üç xal qazandıq. Yaxşı ki, qalib gəldik. Komandamın oyunundan razı qaldım. Yenə matça yaxşı başladıq və erkən qol vurduq. Ancaq sonra həmişəki kimi təşvişə düşdük. Niyə belə olduğunu bilmirəm”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının IV turunun açılış matçında “Kəpəz”i 3:2 hesabı ilə məğlub edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında deyib.
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Rəqib standart vəziyyətlərdə çox güclüdür və bundan istifadə etdilər. Üç qol vurduqdan dərhal sonra 2 qol buraxmaq yaxşı hal deyil. İkinci hissədə daha yaxşı oynadıq. Bizim üçün mövsüm boyu çox çətin olacaq.
Oyundan sonra futbolçulara nə dediniz?
– Onları təbrik etdim. Dedim ki, bizi belə oyunlar çox gözləyir. Ancaq bəzi texniki problemlər var, lakin bunları düzəltmək mümkündür. Öz üzərimizdə çalışmalıyıq.
Nizami Hacıyevin əvəzlənməsi nə ilə bağlı idi?
– Nizamini əvəzləməyim zədəylə bağlı deyildi. Belə istədim.
Futbolçular oyun zamanı tez-tez top itkilərinə yol verirdilər. Sanki nizam-intizam aşağı səviyyədədir. Məsələn, ilk qol buraxılan zaman Nizami Hacıyev mərkəzdə yersiz vəziyyətdə top itirdi, ikinci qolda isə Orxan Sadıqlı çox irəli çıxmışdı…
– Bu məsələdə haqlısınız. Nizaminin yersiz top itirməsini nizam-intizamla bağlamıram. Belə vəziyyətlərə yol vermək olmaz. Onun əvəzlənməsi isə onun bu hərəkətləriylə bağlı deyildi. Sadəcə, qarşılaşmadan öncə əzələsində ağrı olduğunu demişdi.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website