'Barselona' 'Espanyol'u darmadagin edib, 'Real' xal itirib

[r32]

10 Sentyabr, 2017  03:54 xeber – “Barselona” futbol üzrə İspaniya Primerosunun III tur matçında “Espanyol”u darmadağın edib.
“Report” xəbər verir ki, görüş Barselona şəhərinin “Kamp Nou” stadionunda keçirilib və 5:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.
Turun digər matçında Madrid “Real”ı doğma meydanda Primeroya yeni qayıdan “Levante”ni məğluub edə bilməyib. Görüş 1:1 hesablı heç-heçə başa çatıb.
İspaniya Primerosu. 3-cü tur
“Barselona” – “Espanyol” – 5:0
Qollar: 1:0 – Messi – (26), 2:0 – Messi – (35), 3:0 – Messi – (67), 4:0 – Pike – (87,) 5:0 – Suares – (90).
“Real” – “Levante” – 1:1
Qollar: 1:0 – Lukas (36), 2:0 – İvi (12).
Qırmızı vərəqə: Marselo (“Real”), 89

mənbə :
Report.az