xeber –
Avropa Oyunları ərəfəsində iqtidar-müxalifət dialoqu olub. Təbii ki, təqdirəlayiq, vacib hadisədir. Əslində dövlət hal-hazırda o qədər güclüdür ki, azsaylı müxalifətlə heç görüşə getməyə də bilərdi. Amma bu jestlə nümayiş etdirdi ki, Azərbaycanda görüntü dialoqu yox, gerçək dialoq var. Yəni danışmaq üçün yox, lazım olanda.
Amma bu mövzuda da bir gülməli hadisə, baş verdi. Aşıq Ələsgər demişkən. Adını demərəm, eldən ayıbdır. Filankəsin oğlu filandan gedir söhbət. Bu filan deyib ki, onun partiyası I Avropa Oyunlarını baykot edəcək. Baykot edəcək? Yəni nəyniyəcək? Oyunlar zamanı gözlərini yumub kiprik aclığı elan edəcək. Ya televizorunu pəncərədən atacaq.
Bu bilirsiniz nəyə oxşayır? Bir dəliyə deyirlər ki, başının dərsindən əla qaval çıxar, o da bunun qarşısını almaq üçün ülgücü götürüb başına elədən belə, belədən elə çəkir ki, indi Ala qaval düzəlt görüm necə düzəldirsən. Bəylər vallah bu dövlətə Qaval lazım deyil. Başınız sağ olsun!
Mənbə : Anspress.com