Bakida zencirvari qeza bas verib, 10 nefer yaralanib, 1 korpe olub – FOTO

[r32]

11 Sentyabr, 2017  02:25 xeber – Bakının Xəzər rayonu ərazisində 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində 3 avtomobilin iştirakı ilə qeudə alınıb.
“VAZ-2106” markalı avtomobil yolun sağına dönmə əməliyyatını yerinə yetirərkən sol zolaq ilə qarşı tərəfdən gələn “VAZ-2104” markalı avtomobil də həmin istiqamətdə dönüb və ona çırpılıb. Ardınca arxadan gələn və sağdan ötmə əməliyyatı etmək istəyən “Daewoo” da “VAZ-2106″ya çırpılıb. Nəticədə “VAZ- 2106″da olan bir yaşlı körpə ölüb. Qəza zaman, o cümlədən hər üç avtomobildə xəsarət alanlar olub. Belə ki, üçü azyaşlı olmaqla 10 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, uşaqların vəziyyətləri ağırdır.
Yaralıların siyahısı :
Behbudova Lalə Alı qızı – 28 yaş
Əliyev Rac Fikrət oğlu – 38 yaş
Abdullayeva Sevda Xudaverdi qızı – 58 yaş
Şövqətova Səriyyə Rəcəb qızı – 60 yaş
Şövqətov Əllədin Hüseynqulu oğlu – 65 yaş
Şövqətova Əminə Zöhrab qızı – 34 yaş
Şövqətova Zaur Əllədin oğlu – 35 yaş
Əliyeva Nəzrin Rac qızı – 11 yaş
Hacıyev Yusif Anar oğlu – 5 yaş
Hacıyev Adəm Bəhrəm oğlu – 3 yaş
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

mənbə :
Report.az