Lenkeranda qeza zamani olen ve yaralanan toy merasimi istirakcilarinin adlari melum olub – YENİLENİB

[r32]

11 Sentyabr, 2017  22:41 xeber – Lənkəranda baş verən ağır yol qəzasının bəzi təfərrüatları, həmçinin ölən və yaralananların adları məlum olub.
“Report” Cənub bürosu xəbər verir ki, hadisə eyni toyda iştirak edən maşınların toqquşması nəticəsində baş verib.
Maşınlardan biri toydan çıxıb evə gedən zaman digər avtomobil həmin şənlikdə iştirak edən qızını götürməyə gəlirmiş.
Qəza zamanı “VAZ-2106” markalı minik maşınının sürücüsü Əliyev Qalib Fərəməz oğlu ölüb, qızı Əliyeva Rumiyyə isə xəsarət alıb.
Digər yaralı isə “Mercedes”in sürücüsü Rzayev Zaur Kamal oğludur. Onların hər üçü Lənkəran rayon Avrora kənd sakinləridirlər.
***21:54
Lənkəran. 11 sentyabr. REPORT.AZ/ Ələt-Astara magistralının Lənkəran rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Report”un Cənub bürosu xəbər verir ki, “VAZ-2106” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1 nəfər ölüb, daha 2-si yaralanıb.
Ölən “VAZ”ın sürücüsüdür. “Mercedes”in sürücüsü isə xəsarət alıb. Digər yaralının hansı maşında olduğu bilinmir. Yaralılar xəstəxanaya yerləşdirilib.

mənbə :
Report.az