15 Sentyabr, 2017 21:39 xeber – Şəmkirdə yerli sakin döyülüb və sonra bıçaqlanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Məmməd Rahim küçəsində baş verib.
Tanışlar arasında hələ ki bilinməyən səbəbdən düşən dava zamanı 40 yaşlı Əli adlı yerli sakin döyülüb, daha sonra isə bıçaqlanıb. Ağır yaralanan şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunduqdan sonra travmatologiya şöbəsində müalicəsi davam etdirilən yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.