16 Sentyabr, 2017 01:08 xeber – Şəmkir sakini su quyusuna yıxılaraq ölüb.
“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda 1 nəfər su quyusuna yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq dərinliyi 10 metr olan quyudan 1983-cü il təvəllüdlü Allahverdiyev Vasif Şahin oğlunun cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:13-də başa çatıb.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.