Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Mene ermeni qanı vurmayın…” – ƏSİR DÜŞƏRGƏSİ

“Mene ermeni qanı vurmayın…” – ƏSİR DÜŞƏRGƏSİ

18/05/2015

17:48


18.05.2015 / 17:42 xeber –

Laçının işğal tarixinə aid müdhiş fakt: “Ermənilərlə nikaha girib, Yerevana yollandılar…”

 

Məcburi köçkünlərin məskunlaşdığı binanın qaranlıq dəhlizi ilə addımlayıram. Yeridikcə taxta döşəmə hər an ayağımın altından qaçacaq kimi tərpənir. Müsahibə üçün gəldiyim yataqxana qəzalı vəziyyətdədir.

 

Müsahibimi dinləyəndən sonra isə…

 

Bir ildir ki, Lent.az-ın oxucularına azad olmuş girovların ifadələri əsasında hazırladığım hekayələri təqdim edirəm.

 

Bu hekayə isə bir başqadır…

 

Bir nəfərin girov düşməsi, tək bir ailənin yox, bütöv bir nəslin darmadağın olması deməkdir.

 

Bu dəfə tək girovların yox, həm də onların doğmalarının yaşantılarından xəbər tutacağıq.

 

Biləcəyik ki, bir nəfəri azad edə bilmək üçün hansı əzablara qatlaşılıb, hansı təhlükələr gözə alınıb…

 

Oxuduqca özünüzü qəzalı binanın sakinləri kimi hiss edəcəksiniz, ayaqlarınız yer tutmayacaq…

 

Müsahibim Laçından olan Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Sevda Kərimovadır.

 

***

 

Maşın Kəlbəcərdən Murova gedən yolun tunel hissəsinə daxil oldu. Dağın altından oyulmuş, təxminən 150-200 metrlik keçidin zülmətindən vahimələnən Nurlanə sinəsinə bərk-bərk sıxdığı gəlinciyi buraxıb, anasını qucaqladı. Səma körpənin qorxmaması üçün onu dilə tutur, başını qatırdı:

 

– Gözünü yum. İndi qəşəng bir oyun oynayacağıq səninlə. Qorxma, yum, gözlə… Gözünü açanda gör ana sənə nə göstərəcək…

 

Nurlanə balaca əlləri ilə üzünü qapadı, Səma pıçıldayırdı:

 

– Açma, mən deyəndə açarsan…

 

Və…

 

Hər şey Səmanın “Aç” deməyi ilə başladı.

 

Maşın tuneldən çıxmışdı. Nurlanə gözlərini açan kimi, pusquda dayanan ermənilər maşının təkərlərini atəşə tutdular.

 

…Bir anlığa qarmaqarışıq səs-küy, bağırtı səsləri eşidildi. Silahlarla birlikdə insanlar da susdu. Ətrafa körpə çığırtısı yayıldı…

 

***

 

O günləri iyirmi iki il sonra Səmanın anası Sevda Kərimova xatırlayır:

 

– Məni eşitmədilər. Nə qədər dedim, özümü öldürdüm, xeyri olmadı. Hələ Laçın işğal olunanda Bərdənin Əyricə kəndinə köçdük. Sonra yavaş-yavaş ara sakitləşdi… Bizimkilər dedilər ki, gərək birinci biz qayıdaq. Qardaşım Yusif kəndimizin icra nümayəndəsi, yoldaşım isə məktəb direktoru idi, məsuliyyət daşıyırdılar…

 

– Hansı kənd idi?

 

– Laçının Nağdalı kəndi. Səmanı saxlaya bilmədim, dedi mən də qayıdıram evimizə, işə getməliyəm…

 

– Harada işləyirdi?

 

–  Atası da, mən də, qızım da, həyat yoldaşı da müəllim idik. Qaynatasıgil çıxmamışdı, dedi ailəm harda, mən də orada. Həm də müharibənin belə çətin vaxtlarında uşaqları dərsdən ayırmaq olmaz, gərək onlar indi daha yaxşı oxusunlar, deyib, qayıtdı… (Ağlayır) Sonra böyük oğlum Əli ilə getdim dalınca, yalvardım… Dedim, bala, iki körpə ilə, özün də hamilə… Dedi ana, heç nə olmaz. Dayımgil, yoldaşım hamısı döyüşür. Gördülər vəziyyət pisləşir, təhlükə var, bizi maşınla çıxardacaqlar… Əl çəkmədim… Axırda Rüfəti, böyük uşağını verdi ki, bunu apar. Nurlanə isə mənimlə qalsın…

 

– Nəvələrinizin neçə yaşı var idi?

 

– Ruslan 1990, Nurlanə isə 1991-ci ildə doğulublar. Hər ikisi avqustun 23-də. Beləcə, böyük nəvəmi, Rüfəti sağ-salamat çıxarda bildim o odun-alovun içindən… Ermənilər Kəlbəcərə hücum edib, qızı-gəlini girov götürəndə, qardaşım deyib qadını uşağı çıxardaq… Bunları yığıb UAZ-a… (Ağlayır) Kəlbəcər tunelindən çıxanda qabaqlarını kəsiblər…

 

– Həmin günü ermənilər Kəlbəcər tunelinin çıxışında çox maşını tutublar. O maşınlardan biri də Müşfiqgilin “KamAZ”-ı olub…

 

– Hə qızım, çox adam orada tələf oldu… Elə kənddə kim qalıbmışsa, o yolla çıxırmışlar. Qardaşım da dəstəyə başçılıq edirmiş. Birinci onun maşını imiş…

 

– O maşında kimlər var idi?

 

– İki qardaşım – Yusif və Asif Əliyevlər. Qardaşımın yoldaşı Qənirə, qızım Səma, nəvəm Nurlanə… Nurlanə anasının qucağında olub, güllə dizindən dəyib… Qızımın isə çiynindən və topuğundan, bir də… qarnından… (Ağlayır)

 

***

 

“Əsir düşərgəsi”nin ilk qəhrəmanı Müşfiq Əliyev xatırlayır:

 

– Əvvəl istədilər ki, meyitlərlə yaralıları bir yerə yığıb BMP ilə üstümüzdən keçələr. Sonra aralarından kimsə  etiraz etdi, fikirlərini dəyişdilər… Bizdən sonra yenə arxadan maşınlar gəldi. Onları da bizim kimi, pusquda qarşıladılar, ölən öldü, qalanları girov götürdülər. Bizim maşındakı yaralı əsgəri yanan “KamAZ”ın içinə atdılar… Sonra bizi hərbi “KamAZ”a yığdılar…

 

“Əsir düşərgəsi”nin ilk yazısını oxuyub, mənə zəng edən hadisə şahidi:

 

– Mən o “KamAZ”ın necə yandığını gördüm! 1993-cü il, martın 31-i idi… 14 yaşım var idi… Bizim maşın o tuneldən çıxanda artıq ermənilər Müşfiqgilin maşınını tutmuşdular. Müşfiqgildən haradasa on beş metr aralıda idim. Onların başına açılan müsibətləri görürdük. Növbədə biz idik… Sonra… ermənilər bizi  götürüb maşına tullayanda mən var gücümlə qaçıb özümü qayanın başından aşağı atdım… Arxamca güllə atdılar… O vaxtdan hər gün o “KamAZ” gözümün qarşısında alışıb yanır. Hər gün o odun-alovun içinə insan atırlar… Hər gün o “KamAZ”ın alovu məni qarsır…

 

“Əsir düşərgəsi”nin ikinci qəhrəmanı Yeganə Əliyeva:

 

– Başqa maşınlara da hücum edib girov götürmüşdülər,  Xeyli yaralı var idi. Sovetdən qalma hərbi paltar rəngində təcili tibbi yardım maşınları olurdu, onlardan birini gətirdilər. Bizi götürüb atırdılar o təcili yardımın arxasına. Elə bil maşına insan yox, odun yükləyirlər. Üst-üstə… Qadın, uşaq, hamilə, ölümcül… baxan yox idi. Kim kimin üstünə düşdü, düşdü… Kimin qanı kimin üstünə axdı, axdı…

 

Bizi meşə ilə apardılar. Arada bir yolda maşını saxlayıb bir-bir baxırdılar, ölən vardısa elə yoldaca atırdılar. Onlara əlavə yük idi axı… Bizi Kəlbəcər ərazisində Dovşanlı deyilən yer var, ermənilər ora Vəng deyirlər, o istiqamətdə aparıb, maşından  boşaltdılar.  Yanıb xaraba qalmış, üstü açıq bir yer idi. Bizi yaralı-yaralı odun boşaldan kimi ora yığıb, başladılar döyməyə. Qanımız hələ kəsməmişdi, üstündən də vururdular… Ayaqlarında da əsgər çəkmələri. Çəkmə ilə güllə yarasının üstündən təpikləyirdilər… Hardasa qırx nəfər idik… Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gələnə qədər ac-susuz qaldıq. Onlar gələndə isə girovlardan bir neçəsini və meyitləri gizlətdilər. “Qırmızı xaç” nümayəndələri yaralı girovlara ilk tibbi yardım göstərdilər. Bilmirəm hara idi, uçulub dağılmış bir yer idi, gətirib orda yerdən uzandırdılar, çox soyuq idi, titrədirdik. “Qırmızı xaç” hamımıza yun adyallar vermişdi, onlar gedən kimi gəlib üstümüzdən götürürdülər. Yerdə üstü açıq, yan-yana uzanırdıq…

 

Yeganə yanındakı yaralı girovlardan danışarkən, Səmanı xatırlayır:

 

– Orada gənc bir qadın da var idi, necə gözəl idi… Müəllimə idi – Səma, özü də hamilə… Azyaşlı qızı da var idi, onu isə başqa istiqamətə aparmışdılar. Güllə Səmanın qarnından dəymişdi… Əməliyyat elədilər, uşağı anaya göstərmədilər. Nə ölüsünü, nə də dirisini… Bilmədik sağ qalmışdı, ya yox… Səma qaldı ağlaya-ağlaya… Qızını itirib, bətnindəki körpəni itirib… Ayağından da yaralanmışdı, bir ayağı işləmirdi… Elə balasını axtarırdı, harada erməni görsə soruşurdu “balam hanı?” Aramızda ən ağır vəziyyətdə olanı Səma idi. Biz onun necə şeytanla çarpışdığını gördük…

 

Yeganənin xatırladığına görə bir neçə gün sonra qırıcı təyyarələrin uğultusunu eşidirlər. Ermənilər “Türklər gəlir, Surətin dəstəsidir!” deyərək, girovları olduqları yerdə qoyub, özləri qaçıb gizlənirlər. Bombardmanda altı həkim itirən ermənilər acıqlarını yaralı girovlardan çıxandan sonra, yer dəyişməyə qərar verirlər. Gecə yarısı 17 yaşlı Yeganəni, 23 yaşlı Səmanı və Kəlbəcərdən olan daha üç nəfəri o biri girovlardan ayırıb, hərbi maşınla meşənin ən sıx yerində çadırlardan qurulan hərbi hospitala gətirirlər. Ermənilər buranın Ağdərə olduğunu deyirlər… Bir neçə gün sonra isə ağır vəziyyətdə olan Səmanı xərəkdə aparırlar…

 

***

 

Arif hövlnak həyətə girdi. Kəlbəcərdən gəlirdi, başını itirmişdi. Suyu sovrulmuş dəyirmana dönən kənddə bir nəfərlə də olsun rastlaşmadığı üçün, evə neçə qaçdığını bilmədi.

 

Qapı açıq idi, təndir də isti… Yemək ocaqda, çay dəmdə. Evdə isə kimsə yox idi. Nəhayət ki, rahat nəfəs aldı: “Yusif dayı cəld tərpənib, Səmagili çıxardıb”.

 

Otaqları bir də gəzdi. İlk addımını atdığı, bütün xatirələri bağlı olduğu evi tərk etmək asan deyildi. Amma gedib yolda Səmagilə çatmalı idi…

 

1989-cu ildə ailə qurmuşdular. Bu evdə bir oğlu, bir qızı doğulmuşdu. Bu divarlar, bu həyət o qədər xoşbəxt günlərin şahidi olmuşdu ki… İndi oranı ardına baxmadan tərk etməliydi…

 

Divardan asılan toy şəklinə baxdı. Arif, sevdiyi qadının şəklinə düşmən gözü baxmasını istəmədi. Şəkli çərçivəsindən çıxardıb, qəzetə bükdü, döş cibinə qoydu.

 

Kəndin yaxınlığındakı meşədə atışma səsləri yaxınlaşırdı. Silahını götürüb, atını təhlükəsiz hesab etdiyi Qamışlı körpüsünə sarı sürdü.

 

Qamışlı kəndi odun-tüstünün içindəydi, körpü dağıdılmışdı. Qəribə idi, evlər, ağaclar yanırdı, amma ətrafa ütülmüş insan ətinin qoxusu yayılırdı…

 

Arif atla çayı keçib, gizli, dolanbac, dar cığırlarla Xanlar şəhərinə gəlib çıxdı. Burada ilk rastlaşdığı Musa kişi oldu. Musa da kəndi son tərk edənlərdən idi. Ayaqları donmuşdu. Murovla çıxdığını, ayaqlarını Murovdağda don vurduğunu dedi. Arif hələ heç atdan enmədən soruşdu:

 

– Səmanı, qızımı görmədiniz?

 

– Nə Səma, nə qız, oğul? Kimi görmədim ki? Kənddə kim qalmışdısa hamı Kəlbəcər tunelinə üz tutdu. Qabaqda Yusif kişinin maşını idi, birinci onları gülləyə tutdular, sonra da arxadan gələnləri… Əllərində avtomat töküldülər camaatın üstünə. Mən köçün lap axırında gedirdim, atəş səsini eşidəndə ayrılıb dağın sağındakı kolluqda gizləndim… Bu gözüm nələr görmədi, bala… Öldürdüklərini öldürdülər, yaraladıqlarını girov götürdülər… Qızımı… böyük qızımı… balamı da girov götürdülər… Daha sonrasından xəbərim olmadı… Huşumu itirdim… Özümə gələndə torpağın üstündəki qan izlərindən başqa heç nə qalmamışdı…

 

– Bizimkilər, Musa dayı! Bizimkiləri görmədin?

 

– Onu gördüm ki, Səma yerdə qan içində çabalayırdı… Qızın isə meyitlərin arası ilə qanı axa-axa anasına tərəf iməkləyirdi… 

 

Arif atın belindən yerə yıxıldı. Özünə gələndə biləcəkdi ki, infarkt keçirib…

 

***

 

– Siz xəbəri harada aldınız?

 

– Laçından və Kəlbəcərdən ki, köç gəldi, mən dəli oldum. Gələnlərin içində mənimkilər yox idi. Durdum qaçdım Ağdama. Orada xəstəxanada böyük oğlum Əlini gördüm. Dedi ki, polis alayının döyüşçüləri ilə mühasirəni yararaq, Kəlbəcərə tərəf çəkildik. Sonra Kəlbəcərdən çıxmamış ermənilər maşınımızı vurdu, dağ yolu ilə birtəhər gəlib çıxdıq. Əl-ayaqları nə gündə idi, daş-kəsək çəkmələrini dağıtmışdı, ayaqları suyun içində, don vurmuşdu… Tanınmalıları qalmamışdı. O da yolda bacısıgili axtarıb, tapmayıb… Dedi ana, narahat olma, dayım Səmagili orada qoymaz. Necəsə çıxardıblar…

 

– Oğlunuzun vəziyyəti yaxşı idi?

 

– Ayağını don vurmuşdu. Həkim nə qədər elədi ki, yatıb müalicə olunmalısan, dedi nə yatmaq, mənim ailəmdən beş nəfərdən xəbər çıxmayıb. Dayılarımı, bacımı, balasını, bibimi axtarıb tapmalıyam. Qayıtdıq Bərdəyə… Yol boyu məni sakitləşdirdi ki, indi gedib görəcəyik alaçığımızdadırlar…

 

***

 

Alaçıqda isə onları kiçik qızı Səbinə ilə körpə Rüfət gözləyirdi. Səbinə bacısı oğlu qucağında Laçından, Kəlbəcərdən gələn köçkünlərin arasında bacısını, bacısı qızını, dayılarını və Qənirə bibisini axtarırdı…

 

…Nəhayət, Arifdən Kərimovlar ailəsinin harada məskunlaşdığını öyrənən Musa kişi xəbəri gətirdi. Sevda xanıma qardaşlarından xəbər verən olmadı… Onların ailəsindən Musa kişinin tək gördüyü yerdə qan içində çabalayan Səma ilə ona tərəf iməkləyən yaralı Nurlanə idi… Bir də xəbəri eşidəndə infarktın yatağa saldığı, vəziyyəti ağır olan Arif…

 

***

 

– Xəbər gələndə ki, girov düşüblər… (Ağlayır) Havalanmışdıq, qızım. Allah heç bir ana-ataya belə xəbər eşitdirməsin. İnan, ağlımız üstümüzdə deyildi. Özümüzü döydük… Saçımızı-başımızı yolduq… Yoldaşımla dedik biz daha bu dərdlə sinfə girib, dərs keçə bilmərik, diplomumuzu cırdıq… O vaxt Laçının Maarif şöbəsinin müdiri var idi, Tofiq müəllim, diplomlarımızın cırıqlarını aparıb bərpa etmişdi ki, bunlar indi şokdadırlar. Sabah təqaüdə çıxanda bu diplom lazımları olacaq…

 

Oğlum tez Bakıya gəlib, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndəliyinə müraciət etdi ki, ailə üzvlərim girov düşüb…

 

***

 

Artıq aprelin 3-də BQXC nümayəndələri girovlar arasından axtarıb, Səmanı tapa bildi. Yusifin, Asifin, Qənirənin və Nurlanənin isə izi belə qalmamışdı…

 

“Qırmızı Xaç” nümayəndələrinin gətirdiyi məktubdan Kərimovlar ailəsi Səmanın Xankəndi uşaq xəstəxanasında saxlanıldığını, qarnına dəyən güllənin bətnindəki körpəni öldürdüyünü, həkimlərin əməliyyatla uşağı götürdüklərini, ananın vəziyyətinin ağır olduğunu, təcili qan lazım olduğunu, həm yanındakı, həm də bətnindəki körpəsini itirən ananın “Mənə erməni qanı vurmayın” deyib etiraz etdiyini öyrənə bildilər.

 

Başqa heç nə…

 

Daha çox məlumat almaq, daha çox yardım etmək üçün kimsə yola çıxmalı idi. Qarışıqlıqda itən Nurlanəni tapmaq, Səmaya qan vermək lazım idi. Xankəndinə getmək isə mümkün deyildi…

 

Qısa zamanda Səmanın Rusiya vətəndaşı olan xalası oğlanları ikisi də Moskvada yaşayan ermənilərlə nikaha girib, Yerevana yollandılar…

 

(Davamı olacaq…)

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles