20 Sentyabr, 2017 15:42 xeber – Azərbaycanın dini konfessiyalarının liderləri gələn həftə Brüsselə səfər edəcək.
“Report”un verdiyi xəbərə görə, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas xəbər verib.
Onun sözlərinə görə, Azərbaycanın 7 müxtəlif konfessiyalarının rəhbərlərinin bu cür səfəri ilk dəfədir ki, baş tutur. Səfər sentyabrın 25-dən 28-dək olan müddəti əhatə edəcək.
Səfər çərçivəsində dini liderlər Aİ-nin xarici siyasət xidmətində, Avropa Parlamentində, NATO-nun Mənzil-qərargahında olacaq.
“Azərbaycan öz dini tolerantlığı ilə məşhurdur və hazırki səfər bu istiqamətdə öz töhfəsini verəcək”, – səfir deyib.
O. xatırladıb ki, Aİ tolerantlıq məsələsinə öz töhfəsini verir və oktyabr ayında Bakıda “İmagine” adlı tolerantlıq festivalı keçirməyi planlaşdırır.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.