Azadliq.az
Azərbaycan Xəbərləri








Azadliq » Xeberler» Xeber

DTX sedri: 'Azerbaycan İSİD-e qosularaq olen vetendaslarin azyasli ovladlarinin geri qaytarilmasi ucun is aparir'

DTX sədri: 'Azərbaycan İŞİD-ə qoşularaq ölən vətəndaşların azyaşlı övladlarının geri qaytarılması üçün iş aparır'

24/09/2017

13:00


24 Sentyabr, 2017  12:57 xeber – Azərbaycan İŞİD terror təşkilatına qoşularaq ölən vətəndaşların övladlarının geri qaytarılması üçün iş aparır.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.
“İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib. Valideynləri həlak olan azyaşlı azərbaycanlı uşaqların geri qaytarılması üçün aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq edilir”, – deyə o bildirib.
O həmçinin qeyd edib ki, son 5 il ərzində 900-ə yaxın azərbaycanlının İŞİD-ə qoşulduğunu, onlardan 85-nin hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını, 195 nəfərinin Azərbaycan vətəndaşlığından çıxarıldığını, bir çoxunun isə döyüş zamanı öldüyünü bildirib.

mənbə :
Report.az


Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website