Bakida uc ay evvel yol qezasinda olen qadinin yaxinlari axtarilir

[r32]

27 Sentyabr, 2017  17:09 xeber – Bakıda üç ay əvvəl yol qəzası nəticəsində vəfat edən qadının yaxınları axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, cari il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı Kliniki Xəstəxanaya yerləşdirilib və üç gün sonra xəstəxanada ölüb.
Şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahizarov Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.
Həmin qadının xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

mənbə :
Report.az