Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Akademik Tofiq Hacıyev: “Ana dili” dersliyinde ana dilinden başqa her şey var” – MÜSAHİBƏ

Akademik Tofiq Hacıyev: “Ana dili” dersliyinde ana dilinden başqa her şey var” – MÜSAHİBƏ

19/05/2015

12:16


19.05.2015 / 12:13 xeber –

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin APA-ya müsahibəsi

 

– Tofiq müəllim, Azərbaycan dilinin orfoqrafiya lüğəti əsas müzakirə mövzusudur. Siz özünüz də son çap olunmuş orfoqrafiya lüğətinin qüsurlu olduğunu demisiniz. Orfoqrafiya lüğəti yenidən çap olunacaq?

 

– Haqlısınız, son çap olunmuş Azərbaycan dilinin orfoqrafiya lüğətində çoxlu qüsurlar var. Sonuncu orfoqrafiya lüğətində həm də orfoqrafiya qaydaları verilməyib. Təsəvvür edin, 1958-ci ildə çap olunmuş orfoqrafiya lüğətində 60 səhifəlik izahat, qaydalar təqdim olunub. Amma son çap olunmuş lüğətdə yalnız 5-6 səhifəlik izahat var. Tapşırıq vermişəm, bizim işçilər orfoqrafiya lüğətinin üzərində işləyirlər. Sizi inandırıram ki, biz çox mükəmməl bir orfoqrafiya lüğəti hazırlayacağıq.

 

– Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı çərçivəsində indiyə qədər hansı işlər görülüb?

 

– Əvvəla onu qeyd etmək istəyirəm ki, Dilçilik İnstitutu öz fəaliyyətində hər zaman prezident İlham Əliyevin dövlət dili ilə bağlı imzaladığı fərmanları, sərəncamları rəhbər tutur. Hazırda bizim monitorinq şöbəsi Qulu Məhərrəmlinin rəhbərliyi altında çox fəal iş aparır. Küçə adları, reklamlar üzərində iş gedir. Artıq Bakının Nəsimi rayonunda işlər başa çatmaq üzrədir. Bakının rayonlarında iş bitdikdən sonra bölgələrdə belə monitorinqlərə başlanacaq. Eyni zamanda, ayrı-ayrı şəhərlərdən, Sumqayıtdan, Gəncədən küçə və yer adları ilə bağlı bizə siyahılar gəlir. Biz də onları nəzərdən keçirib, orfoqrafiyasını düzəldib geri qaytarırıq. Küçə adları, reklamlar Azərbaycan dilində olmalıdır. Ölkəyə gələn qonaq Azərbaycanda olduğunun fərqinə varmalıdır. Biz demirik ki, ingilis dilində reklam olmasın. Reklam Azərbaycan dilində iri hərflərlə yazılmalıdır, ondan sonra kiçik hərflə ingilis dilində qarşılığı verilməlidir. Monitorinq şöbəsinin əməkdaşları demək olar hər gün dayanmadan çalışırlar. Bundan başqa, Azərbaycandakı yer və insan adlarının rus və ingilis dillərinə transliterasiyası sahəsində də iş gedir. Məsələn, rusca “Мардакян” yazılır. Burada “yan”-a nə ehtiyac var? Deyilişdə Azərbaycan tələffüzü hiss olunmalı, qalmalıdır. Yaxud “oqlı” deyilir. Rus dilində “u” hərfi var axı, qoy elə “oqlu” yazılsın də. Digər tərəfdən, bizim institutda kompüter dilçiliyi şöbəsi yaradılıb. Bu şöbədə indiyəcən fərli bir iş görülməyib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan ora insanlar cəlb etmişik. Bizim İnstitutun hazırladığı kitabların, lüğətlərin elektron variantları hazırlanmalıdır. Artıq bir qrup ayırmışıq, kitabların elektron variantı hazırlanır. Dövlət Proqramının icrası ilə bağlı əsas yük monitorinq və kompüter dilçiliyi şöbələrinin üzərinə düşür.

 

– Dil qüsurları olmayan yerlərdə hər hansı mükafat vermək planınız var?

 

– Dediyim kimi, artıq Nəsimi rayonunda işlər başa çatmaq ərəfəsindədir. Bütün ölkədə bu iş başa çatandan sonra müsabiqə elan edəcəyik. Rəhbərlik etdiyi rayonun ərazisindəki küçə adlarında, reklamlarda dil qüsuru olmayan icra başçılarına mükafat verəcəyik. Belə bir nümunə Türkiyədə var. Mən Türkiyədə səfərdə olan zaman bir bələdiyyə başqanına belə bir mükafat verilmişdi. Belə olan təqdirdə, digər icra hakimiyyətləri də nəticə çıxaracaqlar.

 

– Dialektoloji atlasların hazırlanması istiqamətində hansı işlər aparılır?

 

– Dialektoloji atlasların hazırlanması da Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramında əks olunub. Dialektoloji ekspedisiyaların təşkili, dialekt materiallarının toplanması, bu gün üçün çox vacib məsələdir. Bizim rayonlarımız işğal altındadır, insanlarımız qaçqın həyatı yaşayır. Dialektin də ədəbi dillə əlaqəsi olmur, köhnəlir, dildən çıxır, işlənmir və sair. Qarabağdan qaçqın düşən insanlar respublikanın müxtəlif rayonlarında məskunlaşıblar. Biz bu gün onları yığıb toplamasaq gələcəkdə çətin olacaq. Bu gün dialekt xüsusiyyətləri itir. Öz rayonumuzla bağlı bir məsələni qeyd etmək istəyirəm. Mənim qohumlarım Şamaxıda məskunlaşıblar. Qohumumun 12 yaşlı övladı Şamaxı dialektində danışır. O, mənim kəndimin şivəsində danışmır… Biz birinci “Naxçıvan Muxtar Respublikasının dialektoloji atlası”-nı hazırlamışıq. Bu günə, sabaha çap olunacaq. Növbəti planımızda Qarabağ dialektoloji atlasını hazırlamaq dayanır. Həm atlas, həm dialektoloji lüğət hazırlanacaq, həm də apardığımız tədqiqatlar monoqrafiya formasında çap olunacaq. Daha sonra Dərbənd dialektoloji atlasını hazırlamağı qarşımıza məqsəd qoymuşuq. Əslində Dərbənd dialekti çap olunub. Amma biz atlas da hazırlayacağıq. Həm də dəqiqləşdirmələr aparmalıyıq. Eləcə də Borçalı, Cənubi Azərbaycan dialektoloji atlasları da hazırlanacaq. Cənub şivələri bizdə ümumiyyətlə, işlənməyib. Bir dilçimiz cənubda işlənən toponimlərdən yazıb. Sonra bir nəfər də Təbriz şivələrini yazıb. Amma o, radiodan eşitdiklərinin, kitabdan oxuduqlarının əsasında Təbriz dialektini yazıb. Xüsusən yaşlı insanların, yaşlı qadınların dilindən materiallar toplanmalıdır. Bunun metodikası belədir. İlk dəfə bu işi həyata keçirəcəyik. Bizim orada ayrı mövzularda müdafiə edən dissertantlarımız var. Onlarla da əlaqə yaratmışıq, bizə material toplayırlar.

 

– Dilçilik İnstitutunun “Qaynar xətt”-i nə vaxt tam şəkildə işə düşəcək?

 

– Mən sizin vasitənizlə çox hörmətli akademik, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova təşəkkür edirəm. Bu məsələ ilə bağlı ona müraciət etdim. “Qaynar xətt”-in bütün xərcini öz üzərinə götürdü. Artıq nömrə verilib və bu istiqamətdə iş gedir. “Qaynar xətt” monitorinq şöbəsinin bel sütunu olacaq. Bu çox vacib məsələdir. Vətəndaşların dil məsələsinə nəzarəti kütləviləşəcək. Hamı küçədə dillə bağlı bir qüsur görən kimi “Qaynar xətt”-ə zəng edib xəbər verəcək. Bu ayın axırına kimi, biz “Qaynar xətt”-i tam istifadəyə verə biləcəyik.

 

– Rəsmi üslubun səviyyəsindən razısınızmı?

 

– Bu gün bizim prezidentimiz Azərbaycan dilində görün necə gözəl danışır. O, rusca da belə çıxış edir. İlham Əliyev ibtidai, orta və ali təhsilini rusca alıb. Nəriman Nərimanov deyirdi ki, rusca 3-5 kəlmə danışmaqla millətin dərdinə çarə tapa bilməzsən. Millətin dərdinə çarə tapmaq üçün gərək millətin dilini biləsən. Çünki millətin dili onun psixologiyasıdır, adət-ənənəsidir. Millətinin dilini bilməyən adam onun qayğısına qala bilməz. Təbii ki, rəsmi üslubda şablon olmalıdır. Amma o şablon nə qədər vacib olsa da, dinləyicini yorur. Orada obrazlı ifadə işlətməlisən, arada bir “Yeri gəlmişkən” ifadəsindən istifadə edilməlidir. Prezident bir dəfə çıxışında dedi ki, “Erməninin ağlı özünə getməsin, günü harada xoş keçir, oranı vətən hesab edir. Biz bilirik vətən nə deməkdir, ona görə də vətənin hər qarışı uğrunda mübarizə aparacağıq”. “Erməninin ağlı özünə getməsin” ifadəsi rəsmi üslub deyil. Amma prezident bu ifadəni işlədib. Bu həmin üslubu kütləviləşdirir, yapışıqlı edir.

 

– Bu gün həm də Azərbaycan dilinə yad dillərdən çoxlu sözlər daxil olur…

 

– Bu çox dəhşətli məsələdir. Başqa dillərdən gələn sözlərlə dilimizi zibilləyirlər. Təsəvvür edin, dilimizdə mövcud olan sözün əvəzinə əcnəbi dildəki sözü işlədirlər. Bunlara ehtiyac yoxdur! Dil özü zamanla bu sözləri vurub çıxaracaq. Bu gün bir mətndə o qədər rus və Avropa sözlərindən istifadə edirlər ki, heç Füzulibu qədər ərəb-fars sözü işlətməyib. Əsas lüğət fondu var ki, qədimdən dilin özəyi olan sözlər bura daxildir. Onlar min illərdir dəyişmir. Məsələn, ata, ana, get, gəl sözləri. Bir də lüğət tərkibi var. Vaxtilə kolxoz, pioner sözlərinə neologizm deyirdik. İndi isə heç biri işlənmir. Zaman onları vurub atdı dilimizdən. Eyni zamanda, Türkiyə türkcəsindən sui-istifadə halları var. Bu gün türkiyəli tələbə Yunus Əmrəni, Qaracaoğlanı oxuyub başa düşmür. Çünki Türkiyə türkcəsinə o qədər söz daxil olub ki… Amma bizim oxucu Yunus Əmrəni oxuyub anlayır. Çünki bizdə dil ənənəsi qorunub saxlanır.

 

– Sizin institutda mütəmadi olaraq mərhum xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dili problemi ilə bağlı tədbirlər keçirilir. Bəs bu gün gənc şair və yazıçılar yaradıcılıqlarında ana dili məsələsinə nə dərəcədə diqqətlidirlər?

 

– Bu çox maraqlı məsələdir. Düzü mən sovet vaxtında cavanları oxuyanda ətim ürpəşirdi. Bəxtiyar Vahabzadə universitetdə mənə dərs deyib. O, deyirdi ki, cavanlıqda şeir yazıb Yazıçılar İttifaqına aparanda bizə ana dilini öyrənməyi məsləhət görürdülər. Biz də fikirləşirdik ki, necə yəni ana dilini öyrənək? Axı biz ana dilində danışırıq, ana dilində yazırıq. Bəxtiyar müəllim deyirdi ki, on ildən sonra başa düşdüm onlar nəyi demək istəyirmişlər. Ana dilində nə gəldi yazmaq olmaz. Ana dilinin bədiiliyini, emosiyasını gərək qavrayasan. İndi “Ədəbiyyat” qəzetində cavanların yazılarını oxuyuram, mənə ləzzət verir. Dilimizdə təzə təşbehlər yaranır. Gənclərin dillərindən razıyam. Çünki bədii əsəri oxutduran dilidir, süjeti nə qədər gözəl olsa da. Süleyman Rəhimov elə hey “Şamo” romanının dilinin üzərində işləyirdi. Dil işlənməlidir ki, zənginləşsin. İndi bədii ədəbiyyat oxunmur. Hamı seriallara baxır. Amma hamı informasiya almaq məcburiyyət qalıb qəzet oxuyur. Bu gün publisistika həm Azərbaycan ədəbi dilini yaxşı mənada təbliğ edir, həm də pis mənada Azərbaycan ədəbi dilini korlayır. Bayaq dediyim kimi, əcnəbi sözlərdən istifadə edirlər.

 

– Orta məktəb dərsliklərinin monitorinqi nə vaxt aparılacaq?

 

– Bu məsələ də diqqətimizdədir. Bu işi mütləq həyata keçirəcəyik. Dərsliklərin dili çox qüsurludur. “Ana dili” dərsliyində, ana dilindən başqa hər şey var.  

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website