xeber –
Daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralov yanan binaya baş çəkiblər.
ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dövlət rəsmilərinə baş vermiş hadisə ilə bağlı məlumat verilir.
Azadlıq prospektində 16 mərtəbəli binada yanğının qarşısını almaq üçün əraziyə helikopterlər cəlb olunub.
Qeyd edək ki, Bakıda hündürmərtəbəli binada yanğın baş verib. Binəqədi rayonu ərazisində baş vermiş hadisə nəticəsində binanın fasadı alışıb. Hadisə yerinə çox sayda xilasedici dəstə və texnika cəlb edilib.
Səhiyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə yerinə 30 briqada göndərilib. Hazırda hadisə yerində olan Təcili Tibbi Yardımın baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri almış 15 yaralı xəstəxanalara yerləşdirilib.
Ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yararlıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirlmişdir. İlkin məlumata görə hadisə yerində biri azyaşlı olmaqla, iki ölüm faktı qeydə alınıb.
(function(d, s, id) { var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) return; js = d.createElement(s); js.id = id; js.src = “//connect.facebook.net/az_AZ/sdk.js#xfbml=1&version=v2.3”; fjs.parentNode.insertBefore(js, fjs);}(document, ‘script’, ‘facebook-jssdk’));
Hadisə yerinə FHN-nin yanğınsöndürən vertalyotlarıda cəlb edilib.. Ən son görüntü
Posted by Azerbaijan Financial News Agency www.afn.az on Çərşənbə axşamı, 19 May 2015
Mənbə : Anspress.com
Şərh yaz.