19.05.2015 / 13:55 xeber –
Bakıda yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb
Azərbaycan paytaxtında yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda binada güclü tüstülənmə var. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, hadisə Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında qeydə alınıb. Yaşayış binasında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın nəticəsində 4 nəfər ölüb, 14 nəfər xəsarət alıb.
Mənbə : Lent.az
Şərh yaz.