Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Deputat: “Barəmdə deyilənlər şər-bohtandir”

Deputat: “Barəmdə deyilənlər şər-böhtandır” - MÜSAHİBƏ

16/10/2017

10:15

[r32]
[r32]
“Qarabağ”ın oyunundan çıxanda islandım”
“Diplomum saxta deyil”
Bu sözləri 90 saylı Ağdaş seçki dairəsinin deputatı, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov “Report”a müsahibəsi zamanı söylədi.
– Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini olmusunuz. Bir ildən artıqdır ki, Milli Məclisin deputatısınız. Hansı iş sizə daha rahatdır?
– Milli Məclis qanunverici orqandır, icra hakimiyyətləri isə icraedici orqanlardır. Təbii ki, fərqli qurumlardır. Oxşar cəhətlər ondan ibarətdir ki, hər iki sahədə vətəndaşlarla işləyir, onların problemləri ilə məşğul olursan. Ona görə də mənim üçün ciddi problem yaranmayıb.
– Amma plenar iclaslarda çıxış etmirsiniz…
– Milli Məclisin Regional məsələlər komitəsinin bütün iclaslarında çıxış edirəm, müəyyən məsələlərə münasibət bildirirəm. Ümumilikdə isə hansısa məsələ ilə bağlı fikir bildirmək istəyəndə, çalışıram onu cəmiyyətə kütləvi informasiya vasitəsilə çatdıram.
– Ümumiyyətlə, indiyədək hansısa layihə təklifi ilə çıxış etmisinizmi?
– Üzvü olduğum komitə iclaslarında qanunlara əlavə və dəyişikliklər təklif ediləndə, fikirlərimi bildirirəm. Özüm də müəyyən təşəbbüslə çıxış edirəm. Təkliflərim əksər hallarda nəzərə alınıb.
– Parlamentdə bələdiyyələrlə bağlı qanunlara əlavə və dəyişikliklər edilib. Sizcə, bələdiyyələrin fəaliyyətində hansısa çatışmazlıqlar varmı?
– Azərbaycanda bələdiyyələr yeni formalaşıb, yəni, uzunmüddətli deyil. Avropa dövlətlərinə, Türkiyəyə baxsaq görərərik ki, bu ölkələrdə bələdiyyələr 10 illiklərdir fəaliyyət göstərirlər. Azərbaycanda bu sahədə çətinliklər var. Bütün bunlara baxmayaraq, aparılan islahatlar, qəbul olunan qanunlar bələdiyyələrin inkişafına təkan verir. Bu proses davam edir.

Siz Milli Məclisə təkrar seçkilərdə seçilmisiz. Formalaşmış yeni parlamentə gəlmək çətin olmadı ki?
– Hər bir işdə ilk addımlar çətinlik olur. Milli Məclisə tez adaptasiya oldum. Çünki Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini olmuşam. Bundan başqa, Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədriyəm. Ona görə də müəyyən tədbirlərdə, görüşlərdə mütəmadi iştirak edirdik. Milli Məclisin deputatları ilə əlaqədə idim, tanışlığım var idi. Bu baxımdan Milli Məclisə uyğunlaşmağım o qədər də çətin olmadı. Yəni, mühit tanış idi.
– Ümumiyyətlə, deputat olmaq fikriniz vardımı? Yoxsa Yeni Azərbaycan Partiyasının təklifini nəzərə alıb namizədliyinizi irəli sürmüsünüz?
– Yeni Azərbaycan Partiyasının Ağdaş rayon təşkilatının sədriyəm. Partiyanın hər bir qərarı mənim üçün alidir, müqəddəsdir. YAP rəhbərliyinə, xüsusilə partiyanın sədri, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm ki, təşkilatın İdarə Heyətinin qərarı ilə deputatlığa namizədliyim irəli sürüldü.
– Bu, həm də sizin istəyiniz idi?
– Təbii ki…
Bəs seçki kampaniyası zamanı namizədliyinizi niyə geri götürmək istəmisiniz?
– Hər bir seçki kampaniyasına qara piar işə düşür. Bu məsələdə mənim hansısa opponentim tərəfindən irəli sürülüb. Mən deputatlığa namizədliyim irəli sürüldükdən heç vaxt geri çəkilmək haqqında düşünməmişəm.
– Sizin rəqiblərinizdən biri də Ümid Partiyasının sədri İqbal Ağazadə idi. Sizcə, güclü rəqib idi?
– Yeni Azərbaycan Partiyası Azərbaycanın, o cümlədən Cənubi Qafqazın aparıcı partiyasıdır, ən böyük təşkilatdır. YAP indiyədək keçirilən bütün seçkilərdə qalib gəlib. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərində həmişə öndə olub. İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsinə keçirilən seçkilərdə hakim partiya böyük səs üstünlüyü ilə qalib gəldi. Qeyd edim ki, YAP-ın Ağdaş rayon təşkilatının 17 mindən artıq üzvü var.
– Ümid Partiyasının namizədini rəqib hesab etmirdiniz?
– Ümumiyyətlə, Yeni Azərbaycan Partiyasına rəqib partiya yoxdur.
– İddia olunurdu ki, siz vaxtından əvvəl təşviqata başlamısınız, digərlərinə təzyiq etmisiniz, yəni inzibati resusrlardan istifadə etməyə çalışmısınız. Hətta bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər də daxil olub...
– Hər halda həmin vaxt ölkədə bir seçki dairəsində seçki keçirilirdi, bütün diqqət orada idi. Mərkəzi Seçki Komissiyasına göndərilən şikayətlər araşdırılıb. Proses şəffaf olub, yəni burada hər hansı neqativ haldan söhbət gedə bilməz. Deyilənlər isə şər və böhtan idi.
– Hazırda İqbal Ağazadə və digər namizədlərlə münasibətiniz necədir?
– İqbal Ağazadə ilə nə əvvəl, nə də seçki prosesində heç bir münasibətim olmayıb. Məndən başqa 5 namizəd vardı. Onların bəziləri rayonda yaşayan idilər, tanıyırdım. Amma digərləri ilə münasibətim olmayıb. Onlardan hansısa ilə münasibətim pis olmayıb. Hətta mən deputat seçildikdən sonra bəzi namizədlər təbrik etdilər. Təbii ki, mən də kimsə qalib gəlsəydi, onu təbrik edəcəkdim.
– Özünüzlə bağlı internetdə yayımlanan məlumatlarla tanışsınızmı?
– Bəli, haqqımda gedən yazılarla tanış oluram. Mətbuatı mütəmadi izləyirəm.
– Sizinlə bağlı nədənsə dolğun məlumat tapmaq olmur, hətta təvəllüdünüz belə, konkret yazılmayıb...
– “Facebook” sosial şəbəkəsində səhifəm var. İstənilən vaxt vətəndaşlar sosial şəbəkə vasitəsilə də mənimlə əlaqə saxlaya bilirlər. Ayda bir dəfə Ağdaş rayonunda seçiciləri qəbul edirəm, problemlərini dinləyirəm, həll etməyə çalışıram. 1975-ci ildə doğulmuşam. Təvəllüdümün səhv yazılmasından xəbərim yoxdur. Mənə aid səhifələrdə təvəllüdüm düzgün yazılıb. (gülür)
– Ağdaş rayon icra hakimiyyəti başçısının birinci müavini işləyəndə rayon icra başçısı yanında dini komissiyasının sədri olmusunuz. Dindarlarla münasibətiniz necə idi?
– Azərbaycanda din dövlətdən ayrıdır, münasibətlər qanunla tənzimlənir. Bütün rayonlarda rayon icra hakimiyyətləri başçılarının birinci müavinləri həm də Dini Komissiyasının sədridir. Dindarla normal münasibətlərim olub. Rəsmi tədbirlərdə və ya ayrıca görüşlərimiz olub. Radikal dini cərəyanların qarşısının alınması məqsədi ilə müzakirələrimiz olub, fikir mübadiləsi aparmışıq. Yəni, dindarlarla münasibətim iş müstəvisində olub.
– Bəlkə komissiya sədri olduğunuza görə sizin radikal dini cərəyanlarla yaxın olduğunuz iddia edilirdi?
– Onu yazdıranlar heç bilmirdilər ki, Dini Komissiyasının sədriyəm. Sadəcə, bu, növbəti şər, böhtan idi. Seçki kampaniyasında həmişə bir namizəd digərini qaralamağa çalışır. Amma mən heç bir rəqibimə qarşı bu cür addımlar atmamışam.
– Sizin diplomunuzun saxta olması ilə bağlı da fikirlər səslənirdi…
– Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. Diplomumun saxta olması ilə bağlı deyilənlər böhtan idi. İlk təhsilimi 1994-cü ildə Təhsil Nazirliyinin göndərişi ilə Misirin Qahirə Universitetində ingilis dilində almışam. İxtisasım biznes olub. Birinci kursu bitirdikdən sonra təhsili Dövlət İdarəçilik Akademiyasında davam etdirdim.
– Sizin də mövqeyinizi bilmək maraqlı olardı. Bu ay Aşura mərasiminə azyaşlı uşaqların aparılması birmənalı qarşılanmadı, hətta deputat həmkarlarınız da buna etiraz etdi. Sizin bu məsələyə münasibətiniz necədir?
– Azyaşlı uşaqların o cür mərasimlərdə iştirakının əleyhinəyəm. Azərbaycan inkişaf etmiş sivil ölkədir. Ölkədə tolerantlıq mühiti mövcuddur. Mən istərdim, həmin uşaqlar o cür mərasimlərə getməkdənsə, məktəbə gedib təhsil alsalar, daha yaxşı olar. Azyaşlıların dini mərasimlərə qoşulması pis haldır.
– Ağdaşda seçicilərlə, xüsusilə sahibkarla münasibətiniz necədir. Qarşılıqlı anlaşa bilirsinizmi?
– Ağdaşda seçicilərlə, bütün təbəqələrlə münasibətim normaldır. Hətta çox yaxşıdır. Rayon icra hakimiyyəti başçısının 10 il birinci müavini olmuşam. Bu vəzifədən əvvəl digər strukturlarda çalışmışam. Həmin müddətdə bütün təbəqələrlə xoş münasibətim olub.
Bəzən deputatlar seçicilərin problemlərinin həllini imkanlı şəxslərdən, sahibkarlardan kömək istəyirlər. Sizdə belə hal olubmu?
– Çalışıram ki, kiməsə əziyyət vermədən problemləri həll edəm. Seçicilərin problemləri ilə bağlı nazirliklərə, komitələrə müraciət edirəm, problemləri bu cür həll etməyə çalışıram. Hər bir vətəndaşın narazılığına baxılmalıdır, haqlı olanların işi həll edilməlidir.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla münasibətiniz necədir?
– Münasibətlərimiz normaldır. Bütün işləri qarşılıqlı əlaqələr əsasında qurmaq lazımdır. Müavini olduğum müddətdə də münasibətim yaxşı olub, elə indi də münasibətlərimiz qaydasındadır.
– İdmanla məşğul olursunuz?
– Xüsusi idman növü ilə məşğul olmuram. Daha çox gəzirəm. Həftənin altı günü bunu edirəm.
– İctimai nəqliyyatdan istifadə edirsiniz?
– Bəzi məqamlarda ictimai nəqliyyatdan istifadə edirəm.
Məsələn, “Qarabağ”-“Roma” qarşılaşmasını izləmək üçün stadiona necə getdiniz?
– Sözün düzü, çox çətinliklə getdim.
– Həmin oyun zaman təşkilatlanma necə idi? Qane etdimi sizi?
– Müxtəlif saytlarda xəbərlərə, şəkillərə baxanda da görünürdü ki, həqiqətən problemlər yaşanıb, avtobusların sayı az olub. Bu, doğrudan da belə idi. Həmin vaxt yağış yağırdı. Nəticədə mən özüm də islandım.
Xarici dil olaraq ingilis dilindən başqa hansı dilləri bilirsiniz?
– Rus dilini də bilirəm.
Ali təhsilinizin bir hissəsini Misirdə almısınız. Bu ölkədə qalmaq barədə düşünməmisiz ki?
– Ailə çətinlikləri olduğu üçün məcbur olub Azərbaycana qayıtdım.
Övladlarınızla münasibətiniz necədir. Məsələn, ixtisas seçimində hər hansı müdaxilə etdinizmi?
– İki qızım var. Böyük qızım Qərb Universitetinin Beynəlxalq münasibətlər fakultəsinin birinci kursunda təhsil alır. Kiçik qızım isə 10-cu sinifdə oxuyur. Hər zaman istəmişəm ki, övladlarım ali təhsilli olsunlar. Onlar da hansısa peşəyə yiyələnərək ölkənin inkişafında rol oynasınlar. Övladlarım mənə hər hansı məsələ ilə bağlı müraciət etdikdə kömək etməyə çalışıram, dəstək oluram. İxtisas seçimi də onların öhdəsindədir. Onların sərbəst fikirlərinə hörmətlə yanaşıram. Böyük qızım ixtisas seçimində mənimlə məsləhətləşdi, tövsiyələrimi verdim, yekunda əsas kimi onun fikri oldu.
– Mütaliə edirsinizmi?
– Daha çox qəzet oxuyuram.
Bəzi deputatlar asudə vaxtlarında şeir yazır, yaradıcılıqla məşğul olurlar. Sizdə necə, alınırmı?
Xeyr, yaradıcılıqla məşğul olmuram.

mənbə :
Report.az




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website