Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Naxcivanda herbi parad kecirilib

Naxçıvanda hərbi parad keçirilib

18/10/2017

20:15

[r32]

18 Oktyabr, 2017  20:05 xeber – Oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak ediblər.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri əsgərləri salamlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dövlət Müstəqilliyi Gününün Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü ilə qeyd olduğunu bildirib, əlamətdar bayramlar münasibəti ilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini, bütün muxtar respublika əhalisini təbrik edərək deyib: Müdriklər dövlətlərin qüdrətini onun ordusunun qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makiavelli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün dövlətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.
Ali Məclisin Sədri deyib: Ümummilli Liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirmişdir. Ölkəmizdə dövlət müstəqilliyi elan olunandan sonra bu müstəqilliyin qorunmasına da 1991-ci ilin sentyabrında Naxçıvanda ilk milli ordu qurumunun yaradılması ilə başlanılmışdır. O vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən Ümummilli Liderimiz muxtar respublikanın sərhədlərinin möhkəmləndirilməsi və müdafiəsinin təşkili haqqında qərarlar qəbul etmiş, bununla da milli hərbi hissələrə və könüllü dəstələrə vahid rəhbərlik təmin olunmuşdur. 1992-ci il sentyabrın 15-də isə Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumu – 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 25 il bundan əvvəl – 1992-ci il oktyabrın 9-da Naxçıvanda keçirilən ilk hərbi paradda ümummilli lider Heydər Əliyev deyirdi: “Biz 70 il ərzində hər il keçmiş Sovetlər İttifaqının silahlı qüvvələrinin bayramlarının iştirakçısı olmuşuq. Fəqət bugünkü bayram bizim hər birimizin qəlbində böyük iftixar hissi doğurur. Biz böyük sevinc içərisindəyik. Çünki Azərbaycan xalqı, nəhayət, öz dövlətini, öz millətini, öz doğma torpaqlarını müdafiə etmək üçün milli ordusunu yaratmışdır”.
Qeyd olunub ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ümummilli Liderimiz ordu quruculuğunu dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirib, Silahlı Qüvvələrimiz mühüm təşkilatlanma və inkişaf yolu keçib. Ümummilli Liderimizin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da artıb, maddi-texniki bazası möhkəmləndirilib, hərbçilərin sosial-məişət şəraiti yaxşılaşdırılıb. Hazırda müasir texnikalarla təchiz edilmiş Azərbaycan ordusu yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdir. Ali Baş Komandan Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirir. Ölkə Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Naxçıvanda 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusunun yaradılması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Naxçıvanın etibarlı müdafiəsi ilə bağlı görülən tədbirlərin davamıdır.
Ali Məclisin Sədri deyib: Bu gün Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. Son 25 il ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilmiş, müxtəlif hərbi təyinatlı 214 obyekt istifadəyə verilmişdir. Əlamətdar yubiley günündə yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi də ordu quruculuğu sahəsində görülən işlərin davamıdır.
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müdafiə potensialının gücləndirilməsində, buradakı ordu hissələrinin formalaşmasında Türkiyə Respublikasının təmənnasız köməkliyinə görə qardaş Türkiyə dövlətinə, xalqına və Silahlı Qüvvələrinə hörmət və ehtiramını bildirib.
Daha sonra Ali Məclisin Sədri şəxsi heyətə müraciətlə deyib: Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər.
Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordusunun qarşısında duran vəzifələrin bundan sonra da peşəkarlıqla icra ediləcəyinə əminliklə bir daha Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəxsi heyəti təbrik edib, çıxışını Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bu gün Azərbaycan xalqı vahid amal ətrafında birləşib – ölkəmizi daha da gücləndirməliyik, müstəqilliyimizi daha da möhkəmləndirməliyik, ordumuzun gücünü daha da artırmalıyıq ki, ərazi bütövlüyümüzü bərpa edək”.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev tədbirdə çıxış edərək deyib ki, bu gün muxtar respublikada hərbi xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası möhkəmləndirilib, ordu ən müasir silahlarla təchiz olunub, Əlahiddə Aviasiya hərbi hissəsi yaradılıb. Muxtar respublikadakı bütün hərbi hissələr, xüsusilə də müdafiə zolağında yerləşən döyüş mövqeləri əsaslı şəkildə yenidən qurulub, xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb. Həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə səbəb olub.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov çıxış edərək deyib ki, ümummilli liderin Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu tədbirləri bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasının müdafiəsinin etibarlı təşkili ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirlərinin əsas istiqamətlərindəndir. Muxtar respublikada Əlahiddə Ümumqoşun Ordunun yaradılması və onun müasir silah, döyüş texnikası, aviasiya, hava hücumundan müdafiə qurğuları ilə təchiz olunması bu sahədə görülən işlərin tərkib hissəsidir. Bu gün Əlahiddə Ümumqoşun Ordu istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Zakir Həsənov Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə təbriklərini çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad keçirilib.
Hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordusunun, birləşmə və hissələrinin 2 min nəfərə yaxın şəxsi heyəti, 160-dan çox hərbi texnika və silah sistemləri, o cümlədən 10-dan artıq döyüş vertolyotu və təyyarəsi iştirak edib. Hərbi paradı minlərlə muxtar respublika sakini izləyib.
Paradda ilk olaraq Azərbaycan Respublikasının dövlət bayrağı altında Heydər Əliyev adına Hərbi Liseyin kursantları meydana daxil olublar. Bu gün Heydər Əliyev adına Hərbi Lisey mötəbər hərbi təhsil müəssisəsinə çevrilib. Gələcəyin zabitləri üçün hər cür tədris şəraiti yaradılıb. Liseyin məzunları Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif bölmələrində ləyaqətlə xidmət edir, Naxçıvanın qədim hərb ənənələrini şərəflə yaşadırlar.
Əlahiddə Ümumqoşun Ordunun mexanikləşdirilmiş, motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat, dağ atıcı, tank, reaktiv artilleriya, hava hücumundan müdafiə və rabitə bölmələrinin, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki-müdafiə alayının şəxsi heyəti nizami addımlarla tribunanın önündən keçiblər.
Sonra hərbi texnikanın keçidi olub.
Əlahiddə Ümumqoşun Ordunun bayrağının ardınca üzərində tank əleyhinə idarə olunan “SPAYK” raket kompleksləri quraşdırılmış “Qred Vul” avtomobilləri, “Ştorm-3” Sofa maşını, “Kobra” yüngül zirehli transportyoru, iriçaplı pulemyot quraşdırılmış “Sandkat” avtomobilləri meydana daxil olub. Azərbaycanda istehsal olunan və beynəlxalq sərgilərdə böyük maraqla qarşılanan “Marauder” zirehli döyüş maşınları, “Orbiter-3B” pilotsuz uçuş aparatları tribuna önündən keçib. Sonra dağlıq ərazidə aparılan döyüşlərdə yüksək manevrliliyi ilə seçilən “Lançer” reaktiv artilleriya kompleksi, “Sani” minaatanları, avtomobillər üzərində quraşdırılmış müxtəlif markalı artilleriya qurğuları, tank əleyhinə “D-44” topu və “MT-12” topları, atəş dəqiqliyi və effektivliyinə malik “D-30” haubitsası, “D-20” və “M-46” top haubitsası, atəş uzaqlığı 35 kilometrə qədər olan “Qiasint-B” topları nümayiş olundu.
Hərbi paradda “BM-21 Qrad”, “Qrad-LAR”, “Sakarya”, “Qasırğa” yaylım atəşli reaktiv sistemləri, “Smerc” döyüş maşını, idarəetmə məsafəsi və məhvetmə imkanı artırılmış “OSA”, “S-125” zenit raket kompleksləri, zirehli transportyor “BTR-82A”, piyadaların döyüş maşınları 2 və 3, özüyeriyən tank əleyhinə “Xrizantema” kompleksi, müasir aşkaretmə, izləmə və atəşaparma cihazları ilə təchiz olunmuş “T-72 M1” və “T-90C” tankları, eləcə də “T-90C” tankı üzərində quraşdırılmış “TOS-1A” reaktiv sistemi və özüyeriyən artilleriya qurğusu “Qvozdika” keçidi davam etdirib. Əlahiddə Ümumqoşun Ordunun silahlanmasında olan silah və texnika kolonunu “ZQ-23-2” zenit qurğularının keçidi tamamlayıb.
“Mİ-17-1V” hərbi vertolyotu Azərbaycan bayrağını dalğalandırıb, “SU-25” döyüş təyyarələri, “Mİ-17-1V” və “Mİ-35M” vertolyotları müxtəlif döyüş düzülüşündə səmanı fəth ediblər. Bununla da hərbi parad başa çatıb.
Müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaranmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradın keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikadakı birləşmə və hissələrin güc və qüdrətini bir daha nümayiş etdirib.

mənbə :
Report.az




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website