'Brent' markali neftin qiymeti 58 dollardan asagi dusub

[r32]

19 Oktyabr, 2017  02:58 xeber – “Brent” markalı Şimal dəniz neft qatışığının bir barelinin qiyməti 58 dollardan aşağı düşüb.
“Report” xəbər verir ki, bu barədə ICE Qitələrarası Birjasında keçirilən hərracların nəticələri deməyə əsas verir.
Bakı vaxtı ilə 19:45-ə olan məlumata görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barelə görə 57,82 dollara enib.
WTI markalı yüngül neftin noyabr fyuçersləri isə bir barel üçün 51,81 dollar təşkil edib.

mənbə :
Report.az