1 Noyabr, 2017 07:11 xeber – Bu gün futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.
“Report” xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarında yer alan kollektivlər münasibətlərini ayırd edəcək.
Baş tutacaq matçlardan sonra daha 4 komandadan 3-ü 1/8 finala vəsiqəni erkən təmin edə bilər. Bunlar “Mançester Siti”, “Beşiktaş”, “Tottenhem” və “Real Madrid”dir. İngiltərə təmsilçisi səfərdə “Napoli”yə 2 qol vurub, minimal hesabla uduzsa belə, ilkin tapşırığın öhdəsindən gəlmiş olacaq.
“Beşiktaş” evdə “Monako”ya qalib gəlməklə, qrup mərhələsində növbəti 2 matçı özü üçün formallığa çevirə bilər. G qrupunun digər matçında “Leyptsiq” “Portu”nu üstələsə, İstanbul təmsilçisinə heç-heçə də kifayət edir.
H qrupunda ilk vəsiqənin sahibinin İngiltərədə müəyyənləşməsi mümkündür. Bunun üçün “Tottenhem” – “Real Madrid” duelində heç-heçə qeydə alınmamalıdır.
Qeyd edək ki, ilk oyun günündə “Bavariya” və PSJ 1/8 finala vəsiqəni təmin edib.
Çempionlar Liqası, IV tur
E qrupu
23:45. “Sevilya” (İspaniya) – “Spartak” (Rusiya)
23:45. “Liverpul” (İngiltərə) – “Maribor” (Sloveniya)
Xal durumu: “Liverpul”, “Spartak” – 5, “Sevilya” – 4, “Maribor” – 1.
F qrupu
23:45. “Napoli” (İtaliya) – “Mançester Siti” (İngiltərə)
23:45. “Şaxtyor” (Ukrayna) – “Feyenoord” (Hollandiya)
Xal durumu: “Mançester Siti” – 9, “Şaxtyor” – 6, “Napoli” – 3, “Feyenoord” – 0.
G qrupu
23:45. “Beşiktaş” (Türkiyə) – “Monako” (Fransa)
23:45. “Portu” (Portuqaliya) – “Leyptsiq” (Almaniya)
Xal durumu: “Beşiktaş” – 9, “Leyptsiq” – 4, “Portu” – 3, “Monako” – 1.
H qrupu
23:45. “Tottenhem” (İngiltərə) – “Real Madrid” (İspaniya)
23:45. “Borussiya” (Dortmund, Almaniya) – APOEL (Kipr)
Xal durumu: “Tottenhem”, “Real” – 7, “Borussiya”, APOEL – 1.
mənbə :
Report.az