Azerbaycan dovlet muessiselerine ayrilan subsidiyalari optimallasdiracaq

[r32]

1 Noyabr, 2017  18:31 xeber – Azərbaycanda kommersiya prinsipi əsasında fəaliyyət göstərən dövlət müəssisələrinə ayrılan subsidiyaların həmin müəssəsələrin gəlirlərinin genişləndirilməsi imkanları nəzərə alınmaqla optimallaşdırılması tövsiyyə edilir.
“Report” bu barədə Hesablama Palatasının yeni büdcə zərfinin təhlili əsasında hazırladığı tövsiyələrə istinadən xəbər verir.
Bundan başqa, Palata dövlət sifarişi əsasında təhsil alanların təhsil xərclərinin bir kredit üçün təhsil haqqına əsasən hesablanmasını, həmçinin büdcə təsnifatının prinsipləri və proqnozlaşdırmanın şəffaflığı baxımından büdcə layihələrində dövlət sifarişi ilə təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin ayrı sətirdə nəzərdə tutulmasını məsləhət bilir. 

mənbə :
Report.az