Efqan Muxtarlinin cinayet isi uzre ibtidai istintaq basa catib

[r32]

1 Noyabr, 2017  18:52 xeber – Həbsdə olan jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Bu barədə “Report”a onun vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, iş üzrə istintaqın bitməsi ilə bağlı qərar onlara elan edilib və tanışlıq mərhələsinə keçilib.
E.Sadıqov bildirib ki, “Meydan TV”nin əməkdaşları barəsində olan cinayət işi Əfqan Muxtarlının işindən ayrılıb.
Qeyd edək ki, Ə.Muxtarlı bu il mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. O, saxlanılarkən xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.
Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

mənbə :
Report.az