Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Bu nazir bir belə pulu hardan alır?” – Xalq artisti Zeynəb Xanlarova sükutunu pozdu…

“Bu nazir bir belə pulu hardan alır?” – Xalq artisti Zeynəb Xanlarova sükutunu pozdu…

01/11/2017

21:33


[r32]
Azadlıq.az  Milli Məclisin deputatı, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarovanın “Modern.az” saytına müsahibəsini təqdim edir:

– Zeynəb xanım, bir müddət Milli Məclisdə sizi görə bilmədik… Bəziləri səhhətinizdə problemlər olduğunu deyirdilər…

– Xarici ölkədən təzə gəlmişəm. Mən olmayanda haqqımda çox söz danışırlar. Axı mənim də başım, dişim ağrıya bilər. Mən bəyəm insan deyiləm? Bir ay olmadım burda, xaricdəydim. Mənim konsertlərim olacaq. İzmir, Ankara, İstanbulda konsert verəcəm. Mən bunlarla məşğul oluram. Gəlib görürəm ki, uşaqlarım, gəlinlərim, nəvələrim qarışıb biri-birinə. Kimlərsə söz-söhbət düzəldiblər ki, Zeynəb Xanlarova xəstədir. Mətbuat niyə belə edir, axı? Nə olub, indi hamını öldürə-öldürə gedirsiniz. İndi də Zeynəb Xanlarovanı öldürmək istəyirsiniz?..

– İki gün öncə Azərbaycanı dünyaya yenidən tanıdacaq daha bir səs-küylü layihə gerçəkləşdi – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı oldu… Bu haqda nə deyə bilərsiniz?

– Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinə çox sevindim. Mübarək olsun! Mənim Prezidentim uzaqgörən, öz Vətənini sevən, öz vətəndaşlarına xidmət edən, yüksək intellekt sahibidir. Mənim Prezidentim dünyada öz sözünü deyən bir şəxsiyyətdir. O, bilir nə edir. Biz də Prezidentimizin getdiyi yol ilə gedirik. Mən siyasətdən uzaq adamam. Başqa nə sual versəniz, cavab verməyə hazıram. Bir dənə onu deyə bilərəm ki, sağlıqla olsun hər şey! Həm də müharibəsiz olsun! Sülh olsun! Türkiyədən açılışa gələn qonaqlar bizim dostlarımızdır. Hətta dostlarımız yox, qardaşlarımızdır.

Dünən televizordıkı açılış mərasiminə baxırdım. Orda Qars sözünü eşidəndə bilirsiniz yadıma nə düşdü? 1969 -cu ildə ilk azərbaycanlı olaraq Azərbaycandan Türkiyəyə səfər etmişəm, ilk dayanacağımız isə Qars olub. İndi Qars deyəndə duyğulandım ki, nə yaxşı yollar açıldı. İnsanlar daha rahat gedib-gələ biləcəklər.

– Madam ki, siyasətdən danışmaq istəmirsiniz, onda incəsənət sahəsinin problemlərindən bəhs edək. Bir çox sənətçilər gündəmə qalmaqalla gəlməyə çalışırlar…

– Sənətçi gündəmə sənətlə gəlməlidir. Eləcə də özünə hörmətlə, xalqa məhəbbətlə gəlməlidir. Sənət adamı ancaq özü üçün yaşamır. Çünki o, qiyməti xalqdan alır. Ona görə də xalqın qarşısında baş əyməlidir. Özlərini yuxarı qaldırmamalıdırlar. Bəzən deyrilər ki, “toyxana oxuyanları”, nə bilim, nə… Amma bunlar axı toya getməsə, acından öləcək… Mən müəllim görmüşəm süpürgəçilik edir. Hərə bir şeydən qazanmalıdır, evini dolandırmalıdır.

– Sizin ifa etdiyiniz elə bir nəğmə yoxdur ki, könülləri oxşamasın, yaddaşlara yazılmasın? Amma müasir dövrün mahnıları tez unudulur, bunun səbəbi nə ilə bağlıdır?

– Nə bəsəkarlar bəstəkardırlar, nə də bəstədikləri mahnılar… İndi yaxşı bəstəkar qalmayıb. Yaxşı bəstəkarların hamısı gediblər, yaxşı mahnılar da … Hərə bir şey quraşdırıb oxuyur. Sonra da deyirlər ki, “toyxana.., bayağı mahnılar…”. Yaxşı mahnı yazan yoxdu, yazan olsa, onlar da oxuyarlar.
Qara Qarayevi, Fikrət Əmirovu tapacaqsızmı? Bunlar hamısı getdilər. Yazanlar onlar idi. Cahangir Cahangirovun əsərləri var idi. Mənə desinlər ki, beş saat dayanmadan ifa et, edərəm. Danışmaqla aram yoxdu mənim.
Əslində hazırlaşmışdım ki, bu gün (dünən-red.) Milli Məclisin plenar iclasda yaxşı çıxış edim. Amma imkan olmadı. Gündə 5 dəfə “knopkanı” basırlar, xalqa da xeyri olmur o danışanların. İnanın ki, heç bir xeyri də yoxdu o danışıqların.

– Dediniz ki, Türkiyədən yeni qayıtmısınız. Səfər zamanı hansısa bir təsirli məqamlarla rastlaşdınızmı?

– Küçədə bir oğlan dayanıb şabalıd satırdı. Elə bil qan çəkdi. Hiss elədim ki, o, azərbaycanlıdır. Özümü o yerə qoymadım. Eynəkdə idim, soyuq olduğundan papaq da qoymuşdum. Yanımdakı qıza dedim ki, gəl şabalıd alaq. Çox gözəl oğlan idi. Şabalıd aldım. Amma pul almaq istəmədi bizdən. “Çox sağ olun, Zeynəb xanım” dedi. Çöhrəsi o qədər gözəl idi… 35-40 yaş arası olardı. Dedi Azərbaycandandır. Çox təsirləndim. Soyuqda tüstü gözlərinə dola-dola şabalıd qovururdu. Dedi ali təhsilli müəllimdir. İnsitutu bitirəndə xahiş edib ki, onu öz bölgəsinə göndərsinlər, müəllimlik etməyə. Amma pulu olmayıb deyə, işi də alınmayıb. İndi məcbur olun şabalıd satır. Həm də Türkiyədə. Dedi ki, “Zeynəb xanım, sabah burdan keçsəniz, onda görəcəksiniz ki, mənimlə birgə neçə həmyerlimiz burdadı. Atam-anam məni evləndirdi, indi ailəmi, uşağımı məcburiyyətdən qoyub gəlmışəm bura. Günə 10 manata işləyirəm.”
Mən əziz Prezidentimlə görüşəndə mənə deyir ki, ən düz sözü sən söyləyirsən. Mən də deyirəm ki, xalqın içindən çıxmışam. Mən deməyim, sən demə… Bəs kim deyəcək? Axı mən millət vəkiliyəm… Millət vəkili…

Yəqin ki, seçicilərinizdən sizə müraciətlər daxil olur…

– Seçicilərimlə bu yaxılarda görüşmüşəm. Onların işlərini mən elə burada, Milli Məclisdə həll edirəm. Gördüyüm işləri danışmağı xoşlamıram. Qoy, onu xalq desin.

Sizcə indi ziyalı sözünə niyə az dəyər verilir?

– Bilrisiniz, sanki dəyərlər dəyişib. Ziyalı ac olmamalıdr. Həmişə çıxışlarımda da demişəm, alimə də, həkimə də, müəllimə də hörmət etmək lazımdır. Onların maaşı artırılmalıdır. Bağdan gəlirəm, şəhərin içi ilə. Deyirəm ay Allah, Bakı necə dəyişib? Sürücüm deyir ki, bu flan nazirin bağıdır, bu o biri nazirin villasıdır. Mən başa düşmürəm ki, bir belə pul bu nazirə hardan gəlir? Bu oliqarxlara pullar hardan axır?

Niyə bu məmurlar Prezidentimizdən nümunə götürmürlər. Təbii ki, böyük işlər görülür. Bunu bütün dünya bilir. Amma bəzi məmurlar öz cibləri üçün çalışırlar.

Deputat kimi qaldırdığınız məsələlər öz həllini tapa bilirmi?

– Bilirsən necə tapır?.. Dırnaq içində… Bir müddət öncə Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım. Elə həmən hasardı, həmən də evlər. Kim söküb, kim dağıdıb, eləcə də qalıb. Onlar bünövrəni elə qurmayıblar ki, söksünlər də.

– SSRİ vaxtında dinin yasaq olduğunu söyləyirdilər. Amma o vaxt da dinlə məşğul olanlar az deyildi. Sizcə dinə sığınanlar o vaxt səmimi idi, yoxsa indi?

– İndi heç kimin vecinə də deyil. Bahalı maşınlar alıb verirlər uşaqlarına, adam da öldürürlər. Hər kəs öz işindədi… Bir mənim deməyimlə heç nə düzəlməyəcək. Əyri boyun düzələn deyil.
Demişdim də, hasarları söksünlər. Niyə eləmədilər?
İndi kim başını bağlayır, özü istəyidir, ona nə demək olar… Çılpaq ki, gəzmir? Lüt ki, gəzmir… Başını örtür də, vəssalam!

Əsrlərdən gələn milli adət-ənənələr sanki unudulur. Bunun səbəbini nədə görürsünüz?

– Bizim evdə unudulmayıb. Bir mənim deməyimlə bu məsələ həll olunmaz. Demişdim hasarları söksünlər, etmədilər. Mən nə deyim o zaman?

– İndi bəzi müğənnilər kriminal avtoritetlərlə dostluq edir. Bir neçə gün öncə Fədayə Laçın bu məsələ ilə bağlı həbs edildi. Buna münasibətiniz necədir?

– Olanını deyirəm, heç nədən çəkinmirəm. Mən də bir ailənin övladıyam. Özümü heç vaxt yüksəkdə tutmamışam. Ona görə də yüksəlmişəm.
Xəbərim yoxdu, vallah…O qızı deyirsiz həəə?? Fədayə Laçın. Fədayə yaxşı oxuyandır. Heyf… Nə oldu ona? O, oxuyanda xoşum gəlir. Özü də deyəsən Zəngilandandır? Yoxsa yox, Laçın yadıma düşdü…

– Bütün dünya azərbaycanlıları tərəfindən sevilən şəxsiniz. Azərbaycan məmurları da sizə eyni münasibət sərgiləyirmi?

– Düzünü deyəcəm, harasa zəng edəndə laqeyidlik hiss etməmişəm. Hətta hörmət olaraq mənlə ayaq üstə danışırlar. Kimsənin haqqında pis deyə bilmərəm. Gərək o hörməti qazanasan. Əlbəttə, küçədə tum çırtlaya-çırtlaya gedəcəksənsə, sənə münasibət yaxşı olmayacaq. Hörmət olmayacaq. Gedin mənim evimə, camaat yığılır qapımın ağızına, keçəndə mənimlə görüşürlər. Mən o insanlar üçün yaşayıram.

– Prezident İlham Əliyevin imzaladığı sənədə uyğun olaraq gələn il müstəqilliyimizin 100 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Zeynəb Xanlarova 100 illiyə mahnı həsr etmək barədə düşünürmü?

– Mənim
“Türkün qolu bükülməz,
Türkün gücü tükənməz,
Bir kərə qalxan bayraq,
Bir daha enməz, enməz!”
mahnım var.
Canım mənim, məni siyasətə çəkmə… Gülür




Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website