2 Noyabr, 2017 05:27 xeber – ABŞ-ın Kolorado ştatında atışma olub.
“Report” xəbər verir ki, bu barədə Tornton şəhər polisi “Twitter”də məlumat yayıb.
Məlumatda bildirilir ki, naməlum şəxs “Walmart” univermaqlar şəbəkəsində insanlara atəş açıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.
“Atışma “Walmart” mağazasının yaxınlığında olub. Bir neçə nəfər xəsarət alıb. Xahiş edirik, həmin əraziyə yaxınlaşmayın”, – deyə polisin “Twitter” xəbərində bildirilir.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.