Patris Evra azarkesin basina ayaqla zerbe vurub ve oyundan evvel meydandan qovulub – VİDEO

[r32]

3 Noyabr, 2017  06:39 xeber – Fransanın “Marsel” klubunun müdafiəçisi Patris Evra Avropa Liqasının 4-cü turunda “Viktoriya” (Çexiya) ilə matç öncəsi qırmızı kart alaraq meydandan qovulub.
“Report”un xəbərinə görə, “L’Equipe” nəşrinin jurnalisti “Twitter”də yazıb ki, isinmə hərəkətləri zamanı Patrisin ünvanına azarkeşlər tərəfindən təhqiramiz sözlər işlədilib.
Futbolçu yarım saat buna tab gətirə bilib, lakin ardınca meydanın kənarına yaxınlaşıb. Tərəflər qarşılıqlı şəkildə bir-birini təhqir ediblər, bu zaaman Evra azarkeşlərdən birinin başına ayaqla zərbə vurub.
Evra Avropa Liqası matçının start fiti səslənməmiş meydandan qovulan ilk futbolçu kimi tarixə düşüb.

mənbə :
Report.az