'Caspian Energy Medical Forum'a qeydiyyat baslayib

[r32]

3 Noyabr, 2017  11:16 xeber – Noyabrın 15-də “Caspian Energy Forum”un Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyilə keçiriləcək səhiyyəyə həsr olunmuş xüsusi sessiya – “Caspian Energy Medical Forum” iştirakçılarının qeydiyyatı başlayıb.
“Report”un verdiyi xəbərə görə, bu barədə “Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini, baş icraçı direktor Telman Əliyev bildirib.
T.Əliyev forumun açılışında səhiyyə sahəsində həyata keçirilən islahatlar, yeni texnologiyanın tətbiqi barədə danışacaq səhiyyə nazirinin müavini Elsevər Ağayevin iştirak edəcəyini qeyd edib. Onun sözlərinə görə, forum çərçivəsində biznesmenlərə həmçinin səhiyyə sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı yaradılacaq.
Biznes-forumda noyabrın 14-dək qeydiyyatdan keçmiş (www.caspianenergy.org/index.php/registration/item/132-caspian-energy-business-forum-25-10-2017) şirkətlər iştirak edə bilərlər. 
Forumun bütün iştirakçı şirkətləri “Caspian European Club”un İdarə Heyətinə keçiriləcək seçkilərdə iştirak etmək üçün bülleten əldə edəcəklər. Seçkilərin nəticəsi elə həmin gün təşkil olunacaq ənənəvi “CEO Lunch Baku”da açıqlanacaq.
Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Avropa İttifaqı dövlətlərində ildə bir neçə dəfə keçirilən “Caspian Energy Forum” neft və qeyri-neft sektoru şirkətlərinin biznes əlaqələrinin qurulması, problem və təkliflərinin müzakirəsi üçün ənənəvi meydan rolunu oynayır. 

mənbə :
Report.az