ABS-in Benqazideki konsulluguna hucumda subheli bilinen sexs hebs olunub

[r32]

4 Noyabr, 2017  07:11 xeber – Vaşinqton Federal Məhkəməsi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki Amerika konsulluğuna hücumda şübhəli bilinən Mustafa əl-İmamı həbs edib.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, Əl-İmam girov qoymaq imkanları olmadan həbsdə saxlanılıb.
Ona qarşı üç maddə üzrə, o cümlədən ABŞ-ın federal ərazisində qətl törətmək, həmçinin terror təşkilatına dəstək və qanunsuz silah əldə etmək maddələri üzrə ittiham irəli sürülüb.
Bundan əvvəl Dövlət Departamenti Mustafa əl-İmamın saxlanıldığını bəyan edib.
2012-ci ilin sentyabrında terrorçular Amerikanın Benqazidəki konsulluğuna hücum ediblər. Nəticədə ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla 4 Amerika vətəndaşı həlak olub.

mənbə :
Report.az