xeber –
“Barselona”nın kapitanı Xavi Hernandes komandadan ayrılır. ANS PRESS-in məlumatına görə, bu barədə futbolçu özü açıqlama verib.
İspaniyalı ulduz karyerasını başa vurmaq üçün Qətərin “Əl Saad” klubuna keçir. O, bu barədə “Nou Kamp” stadionunda keçirdiyi mətbuat konfransında açıqlama verib: “Klubum qalmam üçün mənə yeni müqavilə təklif etdi. Bunu düşündüm, amma artıq əvvəlki kimi daim heyətdə yer almıam. Ayrılmaq üçün doğru zaman olduğunu düşünürəm”.
“Barselona”nın 2018-ci ilədək müqavilə təklif etdiyini və bunu anasından belə gizlətdiyini bildirən Xavi “Təbii ki, bu təklifi dəyərləndirdim və kluba təşəkkür etdim. Məncə getmək zamanım gəlib” deyib.
Xavi bildirib ki, “Əl Saad”da rəqabət “Barselona”dakı qədər olmasa da, futbol oynamağa davam edəcək: “Mənim üçün yeni dönəm başlayır. Sadəcə futbol oynamayacam, başqa vəzifələrim də olacaq. Ümid edirəm ki, hər şey yaхşı bitəcək”.
Futbolçu başqa bir formanı geyinməyin onun üçün çətin olacabını deyib: “Bu günədək “Barselona”dan ayrılacağım günü gözləmədim. Düşünmədim belə, amma zaman gəldi. Burda çoх хoşbəхt oldum. “Barselona” dünyanın ən yaхşı klubudu”.
Qeyd edək ki, Xavi 25 il oynadığı “Barselona”nın əsas heyətində 17 mövsüm keçirib. Bu müddətdə o, La Liqanın (8 dəfə), “Kral Kuboku”nun (2), İspaniya Super Kubokunun (6), Çempionlar Liqasının (3), UEFA Super Kubokunun (2), klublararası dünya çempionatının (2) qalibi olaraq 23 kubok qazanıb. Xavi həmçinin bu mövsümün qalan hissəsində Çempionlar Liqasının və “Kral Kuboku”nun finalında oynayacaq.
Mənbə : Anspress.com
Şərh yaz.