Vyetnamda tufan 11 neferin heyatina son qoyub

[r32]

4 Noyabr, 2017  19:02 xeber – Vyetnamın mərkəzi vilayətində tüğyan edən tufan 11 nəfərin həyatına son qoyub.
“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, təbii hadisə zamanı çoxlu sayda insan itkin düşüb. Güclü külək Dananq şəhərinin çimərliklərindən biri boyunca, noyabrın 6-dan 11-dək Asiya-Sakit okean İqtisadi Əməkdaşlığının liderlərinin sammitinin keçirilməsinin planlaşdırıldığı ərazi də daxil olmaqla, əsas yollarda reklam konstruksiyalarına zərər vurub.
Qeyd edək ki, daha əvvəl sammitdə Rusiya prezidenti Vladimir Putinin, ABŞ-ın dövlət başçısı Donald Trampın, Yaponiyanın baş naziri Sindzo Abenin, Çin sədri Si Çzinpinin, həmçinin digər dövlət başçılarının iştirakı barədə xəbər verilib. 

mənbə :
Report.az