Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Axı o, qardaşdır!” – ERMƏNİ SİYASƏTÇİ SARKİSYANLARI İFŞA EDİR

“Axı o, qardaşdır!” – ERMƏNİ SİYASƏTÇİ SARKİSYANLARI İFŞA EDİR

21/05/2015

19:48


21.05.2015 / 19:46 xeber –

Qarabağlı sürücü Ermənistanda vəzifə paylayır

 

Ermənistanda baş verən prosesləri təhlil etdikcə, istər-istəməz, o qənaətə gəlirsən: dövlətin kriminalla çulğaşması elə bir miqyas alıb ki, bu ölkəni dünya düzəninə təhlükə elən etməyin və burada İnterpolun egidası altında xüsusi əməliyyat keçirməyin vaxtı yetişib. Və erməni diasporu nə qədər də Ermənistanı dünya sivilizasiyasının və mədəniyyətinin beşiyi, “regionda demokratiya və qanunçuluq adası” kimi təqdim etməyə çalışsa da, bu maskanın arxasından, əxlaq və ləyaqət normalarını bir qəpiyə saymayan kriminalın heyvani irişməsi göz çıxardır.

 

Ermənistan hakimiyyəti hər yerdə pul axtarır; bircə pulun olduğu yerdən başqa. Başqa sözlə, Ermənistan hakimiyyəti pulu, öz cibindən başqa hər yerdə axtarır. Yaxud, müdriklərdən birinin dediyi kimi, “pulun üstündə oturub, pul istəyirlər”. Hazırda bu sözlər bütövlükdə hakimiyyət sisteminə aiddir.

 

Bu sistemə, belə demək mümkündürsə, Ermənistanda hakimiyyətdə olmuş, həmçinin iri biznesə sahiblənmiş hazırkı və keçmiş məmurların hamısı aiddir – Robert Köçəryan, Serj Sarkisyan, Ovik Abramyan, Qaqik Sarukyan, Qaqik Beqlaryan, Saşik Sarkisyan, Samvel Aleksanyan, Ruben Ayrapetyan, Mqer Sedrakyan, Mamvel Qriqoryan və b. Və onlardan heç biri Ermənistanda böyük mülkiyyət sahibləri olduqlarını heç gizlətmirlər də. Hələ üstəlik bəyan edirlər ki, qanun məmurlara mülkiyyət sahibi olmağı yox, biznes sahibi olmağı qadağan edir.

 

Ermənistan hakimiyyət təmsilçilərinin həm ölkədə, həm də xaricdə sahib olduqları bank hesablarında milyonlarla, bəlkə də milyardlarla vəsaiti var. Bu yaxınlarda beynəlxalq təşkilatlardan birinin bu mövzuda araşdırması yayılmışdı. Araşdırmanın Ermənistanla bağlı hissəsində bildirilirdi ki, son 10-12 ildə bu ölkədən qanunsuz yolla 7,5 milyard dollar pul çıxarılıb. Bu rəqəm indi neçəyə çatıb, bəlli deyil. Lakin hətta sadə bank faizləri ilə hesablasaq, bu kapitalı ölkədən çıxaranların indi hansı varidat sahibi olduqlarını təsəvvür etmək olar.

 

Ona heç kim heç nə deyə bilməz – o, qardaşdır!

 

Kriminal Ermənistanın əsas fiqurlarından biri kim olsa yaxşıdır? Prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan. O, Ermənistanda və onun sərhədlərindən kənarda “Saşik 50%” ləqəbi ilə tanınır. Bu ləqəb ona təsadüfən verilməyib – hamı bilir ki, Saşik heç kimə öz “haqqını” güzəştə getməz. Və istənilən şəraitdə öz 50%-lik tariflərindən çıxış edir. Deyək ki, o, İrəvandakı hansısa restoranı bəyənib və ələ keçirmək istəyir. Dərhal restoran sahibinin yanına imtina edilməsi mümkün olmayan təkliflə qasid göndərilir. Nəzərə alsaq ki, Saşik çox yox, cəmi-cümlətanı öz 50%-ni tələb edir, bu səbəbdən də restoran sahibinə öz şəxsi biznesinin yarısını ölkənin qeyri-rəsmi sahibinə hədiyyə etməkdən başqa çıxış yolu qalmır. Hazırda Ermənistanda biznesin kiçik də olsa elə bir cəlbedici sahəsi yoxdur ki, Saşik ora burnunu soxmasın. Və prezidentin bu odioz qardaşına “yox” deyənlərin halına ağlayan lazımdır. Güzəştsiz mövqeyinin altını çəkənlər də var – kimini ölüncə döyüblər, kimisi ölkədən qaçmağa məcbur olub, kimisə “Vanadur” restoranının sahibi Ardon Xandiyan kimi, çox fikirləşmədən öldürüblər ki, digərləri Saşikə “yox” demək barədə heç düşünməsinlər.

 

Saşik bu kriminal gəlirlərini, əlbəttə ki, leqallaşdırmaq haqqında da düşünür. Bu sərvəti ölkədən kənara daşıyaraq evlər, restoranlar, otellər, gecə klubları və şirkətlər alır. Bəzi məlumatlara görə, təkcə ABŞ-da Saşikin 200 milyon dollarlıq sərvəti var. Konkret desək, 2005-ci ildə o, Kaliforniya ştatının Tarzana şəhərində həqiqi qiyməti 3,5 milyon dollar olan mülkü 2,8 milyon dollara almışdı.

 

Doğrudur, ABŞ-la münasibətlərdə Saşikin müxtəlif vaxtlarda problemləri də yaranıb. “Georgiatimes.info” internet nəşrinin yaydığı “Bir Sarkisyan, iki Sarkisyan, üç Sarkisyan” başlıqlı məqalədə bildirilir ki, 2005-ci ildə Saşik jurnalistlərlə söhbətində dilini saxlaya bilməyib “gömrük bəyannaməsini düzgün doldurmadığı üçün Amerikaya buraxılmadığını” demişdi. “Saşik Amerikaya uçarkən özü ilə götürdüyü 30 milyon dolları gömrükdə bəyan etməyib” – deyə online nəşr yazırdı. Sarkisyan özü isə lap gül vurmuşdu: “Amerikalılar məni saxlayıb, geri qaytardılar”.

 

Onun həmçinin Rusiya, İspaniya, Çexiya və Bolqarıstanda da biznesi var. O, həm də İran və BƏƏ-yə qoyun ixracının inhisarçısıdır. Bəllidir ki, əvvəllər qoyunçuluq Ermənistanda yezidi kürdlərin ənənəvi fəaliyyət sahəsi idi. Görünür, Saşik bu cür gəlirli sahənin hansısa etnik azlığın əlində olmasını özünə təhqir hesab edib və kənd təsərrüfatının bu xeyirli sahəsini öz əlinə almaq qərarı verib. Və bundan çox keçmədi ki, yezidi kürdlər elə bir təzyiq dalğası ilə üzləşdilər ki, öz təsərrüfatlarını prezident qardaşının adamlarına təhvil verməkdən başqa yolları qalmadı.

 

Ermənistana meyvə idxalı da Saşikin firmalarının nəzarətindədir. Hətta iş o yerə çatıb ki, ölkənin yollarında quraşdırılmış kamera və radarların hesabına toplanan cərimələrin də böyük hissəsi onun əlindədir. Cərimələrin cəmi 30%-i dövlətin hesabına keçirilir, 70%-i isə prezident qardaşının cibinə axır.

 

Qarabağlı sürücü Ermənistanda vəzifə paylayır        

 

Deputat və oliqarx olmazdan qabaq Saşik Qarabağda avtobus sürücüsü və qaz texniki işləyirdi. Hakimiyyət və sərvət onun başını gicəlləndirdi. Qəzetlər demək olar ki, hər həftə onun İrəvan restoranlarındakı görməmişliklərindən və hoqqalarından yazırdılar. Parlament iclaslarında isə həmkarları onu az-az görürdülər; görəndə də içkili və yorğun formada.

 

Vergi və hüquq mühafizə orqanları ilə problemi olan sahibkarlar ilk növbədə Saşik Sarkisyana müraciət edirlər. O, konkret haqq müqabilində istənilən problemi həll etməyə hazırdır. Onun səlahiyyətlərinə kadr siyasəti də daxildir. Daha dəqiqi, Ermənistan və Dağlıq Qarabağdakı “çörəkli” vəzifələrə təyinatları, kimin polis rəisi, kimin rayon başçısı olacağını məhz Saşik həll edir.

 

Aleksandr Sarkisyan kriminal dairələrlə də qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq edir. Onun narkoman oğlu Narek gününü “qanuni oğrular” arasında, onların problemlərini və hesablaşmalarını həll etməklə keçirir. Saşikin kriminal dairələrlə əlaqələri bir vaxtlar Amerika hüquq-mühafizə orqanlarının da diqqətini çəkmişdi. O vaxt ABŞ-da “Pzo” ləqəbli Armen Kazaryanın başçılıq etdiyi “Erməni gücü” cinayətkar sindikatının fəaliyyəti araşdırılırdı. Sonunda Kazaryan həbs və məhkum edildi. Mətbuat yazırdı ki, Saşik həmin “Pzo” ilə ortaq biznes qurub, hətta sonuncu onun ştatlardakı biznesinə nəzarət edir. Məhz “Pzo”nun vasitəsilə Saşik diaspordakı erməni cinayətkar aləminin nümayəndələrinə, Rusiya “qanuni oğrularına” çıxış əldə etmişdi, hətta onların Avropa və ABŞ-dakı fəaliyyətlərində iştirak edirdi.

 

Belə görünür, siyasi şərait, daha dəqiqi, prezidentin qardaşı olması ona qarşı cinayət işinin açılmasına mane olub. Lakin ehtimal ki, işlər belə davam etsə, gec-tez amerikanlar bu ərköyün qardaşın barəsində təhqiqat başlayıb, onu axtarışa verəcəklər.

 

Saşik – Serjin gerçək üzü

 

Aleksandr xalqa daha “yaxındır”. O, Serjdən daha “dürüst” və “səmimidir”. Ona görə ki, nə qərbpərəst, nə türkpərəst, nə də ruspərəst rollarını oynamağa cəhd etmir. O, pulpərəstdir, vəssalam. O, heç vaxt gizlətməyib ki, boynuyoğun mühafizəçilərlə gəzir. Sadə və asan anlaşılan bir adamdır, onu hətta ictimai “aktivist” də adlandırmaq olar.

 

Serk Sarkisyan iqtisadi azadlıqlardan danışarkən Saşik bütün vücudu ilə bunun heç də belə olmadığını nümayiş etdirir. Serj erməni xalqının maraqları, demokratiya, insan hüquqları və normal həyat tərzi haqqında danışanda Saşik öz bərbad nümunəsi ilə xalqa başa salmağa çalışır ki, belə şeylərə inanmaq lazım deyil. Aleksandr öz maneraları, davranışı ilə erməni xalqına mesaj verir ki, bu “Sarkisyanlara” inanmaq lazım deyil, çünki onlar Saşikin özündən də böyük “saşikdilər”.

                 

Bir Sarkisyan, iki Sarkisyan, üç Sarkisyan

 

Prezidentin digər qardaşı – İrəvan Dövlət Universitetinin teologiya fakültəsində kafedra müdiri işləyən Levon Sarkisyan isə elit inşaat sahəsini nəzarətdə saxlayır. O, xarici investorların Ermənistana cəlb olunması ilə bağlı özünün fırıldaqçı sxemi ilə məşhurdur. Həmin investorlar külli miqdarda vəsaiti prezident qardaşının qarantiyası ilə ölkəyə yatırdıqdan bir müddət sonra əliboş halda buraları tərk etməli olurlar. Hazırda Ermənistan məhkəmələrində bu cür aldadılmış investorlardan iddiası ilə 5 məhkəmə işi var. O başqa söhbətdir ki, bu işlərə ədalətlə baxılacağına ümid etməyə belə dəyməz…

 

Qarət olunmuş pulların yuyulmasında önəmli rol oynayan şəxslərdən biri də Serj Sarkisyanın “Mişik” ləqəbi ilə tanınan kürəkəni Mikael Minasyandır. Təxminən üç il əvvəl o, ailənin pullarını Avropa banklarında yerləşdirmək məqsədi ilə Vatikana səfir təyin edildi. Bu məsul vəzifəni yerinə yetirməsində ona Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan dəstək verir.

 

Mişik Ermənistan KİV-nin təxminən 80%-nə nəzarət edir. Onun nəzarət sferasına “Panarmenian”, “Armenia TV”, “Hay TV”, “ATV”, tert.am, news.am, blognews.am, asekose.am və başqa iri media layihələri daxildir. Bundan başqa, “Jazvee” kafe şəbəkəsi və tütün istehsalı da onun adı ilə bağlıdır.

 

Aydındır ki, Ermənistanın Saşik, Mişik və onlar kimi başqa qalstuklu talançıların əlində əsir qalması təkcə erməni xalqı üçün deyil, həm də onların öz cinayətkar gəlirlərini leqallaşdırmaq istədikləri dünya üçün təhqiramiz faktdır. Bu gün, kriminal rejimlərin və təşkilatların gəlirlərinin yuyulması ilə mübarizənin başlıca məqsəd olduğu bir vaxtda Ermənistanı qarət edən bu qüvvələrin qarşısına ciddi maneə qoyulacağına ümid yaranır. Aktual məsələlərdən biri də yuxarıda göstərilən şəxslərin tək erməni xalqına deyil, həm də beynəlxalq təhlükəsizliyə qarşı törətdikləri cinayətə görə məsuliyyətə cəlb edilməsidir.

 

Bu yazı Con Hopkins Universitetinin məzunu, Ermənistanın İrs Partiyasının mətbuat xidmətinin rəhbəri David Sanasaryanın “facebook” səhifəsində yayımlanıb.       

   

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles