Suriyada toredilmis terror akti neticesinde onlarla insan helak olub

[r32]

5 Noyabr, 2017  03:25 xeber – Suriyada İŞİD terror qruplaşmasına məxsus avtomobil partladılıb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” Suriyanın İnsan Hüquqları üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.
Qeyd edilir ki, hadisə Deyr ez-Zor ətrafındakı qaçqın düşərgəsində, “Suriya demokratik qüvvələri”nin nəzarəti altında olan ərazidə baş verib. Partlayış nəticəsində onlarla insan həlak olub. 
“SANA” agentliyi isə partlayış nəticəsində onlarla insanın xəsarət aldığını xəbər verib.
Hücumun İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyi bildirilir.

mənbə :
Report.az