Dusseldorfda PKK terefdarlarinin numayisinin dagidilmasi zamani 15 polis xesaret alib

[r32]

5 Noyabr, 2017  05:22 xeber – Düsseldorfda PKK tərəfdarlarının nümayişinin dağıdılması zamanı 15 polis xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə “Spiegel” polisin nümayəndəsinə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, tədbir iştirakçıları aksiyada PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın şəkli olan bannerlər qaldırıblar. Terrorçuların tərəfdarları polis əməkdaşlarının plakatları yığışdırmaq tələblərini rədd ediblər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif əşyalar atmağa başlayıblar.
Asayiş keşikçiləri buna cavab olaraq mitinq iştirakçılarına qarşı gözyaşardıcı qaz tətbiq ediblər.

mənbə :
Report.az