Azerbaycanli turistler Kiyevde yol qezasina dusubler – FOTO

[r32]

6 Noyabr, 2017  00:59 xeber – Bu yaxınlarda Azərbaycandan əyləncə tədbirində iştirak etmək üçün Ukraynaya gedən turistlər yol qəzasına düşüblər.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, qəza noyabrın 3-ü səhər saatlarında Kiyevin Lobanovski və Qolovka küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə “VAZ” markalı avtomobilin bakılı turistlərin olduğu “BMW”nin sürücü əyləşən hissəsinə çırpılması nəticəsində baş verib.
Hər iki sürücü işıqforun yaşıl işığında hərəkət etdiyini bildirib. Lakin ilkin araşdırmalara görə, qəzaya “VAZ”ın sürücüsü səbəb olub.
Cüzi xəsarət alan hər iki sürücüyə hadisə yerində tibbi yardım göstərilib.

mənbə :
Report.az