Odessada qanunsuz ticaretle mesgul olan Azerbaycan vetendasi saxlanilib

[r32]

6 Noyabr, 2017  07:00 xeber – Ukraynanın Odessa şəhərinin Suvorovski rayonundakı küçələrdən birində ticarət üçün müəyyən edilməmiş yerdə meyvə-tərəvəz satmaqla məşğul olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, o Azərbaycandan gəlib və Ukrayna ərazisində qanunsuz yaşayır.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Hüquq-mühafizə orqanları 31 yaşlı Azərbaycan vətəndaşına qarşı İnzibati Xətalar Məcəlləsinin 160-cı maddəsi üzrə (Müəyyən edilməmiş yerdə pərakəndə satış) protokol tərtib ediblər.
Ardınca onunla Dövlət Miqrasiya Xidməti məşğul olacaq.

mənbə :
Report.az