6 Noyabr, 2017 14:37 xeber – İraq Federal Məhkəməsi İraqın şimalındakı muxtariyyətin bu ərəb dövlətinin tərkibindən çıxmasının mümkünsüz olması barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Al-Sumaria” telekanalı məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, İraq konstitusiyasında hər hansı bölgənin respublikanın tərkibindən çıxması haqqında maddə yoxdur.
Qeyd edək ki, bu il sentyabrın 25-də İraqın şimalındakı kürd muxtariyyəti yerli hökumətinin təşəbbüsü ilə bölgənin “müstəqilliyi” barədə “referendum” keçirilmişdi. Bu aksiyanı və nəticələrini heç bir dövlət və benəlxalq qurum tanımayıb.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.