TANAP cercivesinde 10 min aileye 2 mln. lire erzaq yardimi verilecek

[r32]

6 Noyabr, 2017  15:48 xeber – Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin sosial məsuliyyət proqramı çərçivəsində boru kəmərinin keçdiyi ərazilərdəki ehtiyacı olan ailələrə ərzaq yardımı verilməyə başlanılıb.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, TANAP-ın sosial məsuliyyət proqramı çərçivəsində 10 min ailəyə 2 mln. lirə dəyərində ərzaq yardımı veriləcək.
İlkin olaraq, boru kəmərinin keçdiyi Ardahan, Qars və Ərzurumda Sosial Yardım və Həmrəylik Vəqflərinin müəyyənləşdirdiyi 3 522 ailəyə ərzaq yardımı çatdırılır.
Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.
2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.
TANAP-ın Əskişəhərə qədər hissəsinin gələn ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

mənbə :
Report.az