6 Noyabr, 2017 20:42 xeber – Rusiya polisi və Milli Qvardiyanın əməkdaşları Moskvanın mərkəzində ictimai asayişi pozan 302 nəfəri saxlayıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarənin saytında bildirib.
Saxlanılanlar barəsində inzibati cəza haqqında protokol tərtib olunub.
Qeyd edək ki, ötən gün onlar Moskvada icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstəriblər.
Bir müddət əvvəl 263 nəfərin tutulması barədə xəbər yayılmışdı.
mənbə :
Report.az
Sorry, comments for this entry are closed at this time.