Yerevanda telebeler etiraz aksiyasi kecirirler

[r32]

7 Noyabr, 2017  13:36 xeber – Yerevanda tələbələr hərbi xidmətdən möhlət hüququnun məhdudlaşdırılmasına etiraz olaraq aksiyası keçirirlər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Yerevan Dövlət Universitetinin yaxınlığında baş tutan mitinqə bu ali təhsil müəssisəsinin tələbələri qoşulublar.
Gənclər noyabrın 7-ni etiraz tətili günü elan edərək dərsə getməyiblər. Onlar Müdafiə Nazirliyinin hazırladığı “Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz edirlər. Tələbələr “Möhlət olacaq!”, “Müəllimlər, bizə qoşulun!” şüarları səsləndirirlər. 
Universitetin rəhbərliyi və müəllimləri isə hərbi xidmətdən möhlət hüququnun ləğvini normal sayırlar.
Qeyd edək ki, tələbələr oktyabrın 25-də də parlamentin binası qarşısında “Hərbçilərin və hərbi xidmətin statusu haqqında” qanun layihəsinə etiraz aksiyası keçirmişdilər.
Xatırladaq ki, Ermənistanda hərbi mükəlləfiyyətlə bağlı yeni qanun layihəsində təhsilə görə möhlət hüququ nəzərdə tutulmayıb.

mənbə :
Report.az