Jurnalist Nicat Daglar: “Xesaretim ciddi deyil”

[r32]

7 Noyabr, 2017  15:10 xeber – Jurnalist Nicat Dağlar Ağdaş rayonunda avtomobil qəzasına düşüb.
Bu barədə “Report”a açıqlamasında o özü məlumat verib.
Belə ki, jurnalistin olduğu “Mercedes” markalı avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub: “KamAZ”ın sürücüsü dönmə əməliyyatını düzgün etməməsi nəticəsində mənim olduğum avtomobillə toqquşdu”.
Qəza nəticəsində avtomobildə olan hər üç şəxs, o cümlədən N.Dağlar yüngül xəsarət alıb: “Xəsarətim ciddi deyil. Xəstəxanaya gətirildim, sonra ambulatora buraxıldım. İndi ayaq üstəyəm, hər şey qaydasındadır. Ayaqlarımda ağrılar qalıb”.

mənbə :
Report.az