Ucqat Avropa cempionu olmus Azerbaycan sahmatcilari Vetene donub – FOTO

[r32]

8 Noyabr, 2017  02:59 xeber – Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları Vətənə dönüb.
“Report” xəbər verir ki, çempionları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri, həmçinin onların yaxın qohumları qarşılayıblar.
Azərbaycan yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında sonuncu turda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib – 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb. Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.
Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

mənbə :
Report.az