Tokio-2020 Yay Olimpiya Oyunlarinda ecnebi qonaqlari qarsilayacaq robotlar sinaqdan kecirilecek

[r32]

9 Noyabr, 2017  13:55 xeber – 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əcnəbi qonaqları qarşılayacaq robotların sınaqdan keçirilməsinə başlanılacaq. “Report”un TASS-a istinadən məlumatına görə, Yaponiyanın paytaxtının rəhbərliyi prosesə noyabrın 13-də start verəcək.
Yaponiyanın 5 aparıcı texnoloji şirkətinin hazırladığı 5 robot eksperimentdə iştirak edəcək. Bu cür robotların başlıca vəzifəsi turistlərə xidmət göstərməkdir. Onlar 4 dildə – yapon, ingilis, çin və koreya dilində danışır və başa düşürlər.
Yaponiya rəhbərliyi hesab edir ki, Olimpiada və Paralimpiadada bu cür köməkçi-robotlardan istifadə ölkənin yüskək səviyyəli texnologiyasını bütün dünyaya göstərmək üçün bir fürsətdir.
Qeyd edək ki, ХХХII Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul – 9 avqust tarixlərində Tokioda təşkil olunacaq.

mənbə :
Report.az