Messi ve Zidan Moskvada DC-2018-in resmi topunu teqdim edib

[r32]

9 Noyabr, 2017  22:43 xeber – Dünya futbolunun ulduzları 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının (DÇ-2018) rəsmi topunu Moskvada təqdim edib.
“Report” TASS-a istinadən xəbər verir ki, tədbirdə “Barselona” futbol komandasının hücumçusu Lionel Messi, “Real”ın baş məşqçisi Zinəddin Zidan, “Milan”ın və Braziliyanın keçmiş yarımmüdafiəçisi Kaka, “Yuventus”un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero, eləcə də “Real”ın və İspaniyanın keçmiş yarımmüdafiəçisi Xabi Alonso iştirak edib.
Almaniyanın “Adidas” şirkəti tərəfindən hazırlanan topun adı “Telstar 18”-dir.
DÇ-2018 oyunları iyunun 14-dən iyulun 15-dək Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Samara, Volqorad, Yekaterinburq, Kalininqrad, Soçi, Rostov Don və Saransk şəhərlərində keçiriləcək. 

mənbə :
Report.az