Turk Surasi olkelerinin nazirleri iqtisadiyyat, tehsil ve neqliyyat sahesinde emekdasligi muzakire edecekler

[r32]

10 Noyabr, 2017  11:10 xeber – Türk Şurasının dörd ölkəsinin iqtisadiyyat nazirləri noyabrın 30-də Türkiyədə keçiriləcək görüşdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. 
Bu barədə “Report”a Türk Şurasının Baş katibi Ramil Həsənov bildirib.
Görüşdə regional iqtisadi inkişaf və bu yolda yaranan problemlərin həlli məsələlərinin müzakirə olunacaq.
Həmçinin dekabr ayında Türk Şurası ölkələrinin təhsil və nəqliyyat nazirlərinin görüşünün baş tutacağı gözlənilir. Görüşlər Qırğızıstanda keçiriləcək, lakin hələlik görüşlərin dəqiq vaxtı məlum deyil. Onların məqsədi Türk Şurası dövlət başçılarının sammitinə hazırlıq olacaq.
R.Həsənov qeyd edib ki, yaxın zamanlarda Antalyada UNDP ilə birgə qlobal Ekspo təşkil olunacaq və burada Azərbaycan da daxil olmaqla, təqribən 100 ölkədən nümayəndələr iştirak edəcək.
Tədbirdə Azərbaycanı hökumət nümayəndələri, eləcə də “ASAN Xidmət” təmsil edəcək.
Qeyd edək ki, Türk Şurası 2009-cu ilin oktyabr ayında Naxçıvanda yaradılıb. Şuranın üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandır.

mənbə :
Report.az