Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Vüsale Memmedovanın “Cehennem” filmi

Vüsale Memmedovanın “Cehennem” filmi

22/05/2015

11:16


22.05.2015 / 11:10 xeber –

Vahid Qazi

“Yekəpər erməni cibindən çıxartdığı süngü bıçağı ilə stolun üstündə inildəyən qızın paltarlarını bir az da yuxarı dartıb sinəsini cırdı. Artıq qızın yenicə yumurlanmış döşləri onun ovcunda idi. Yekəpər qızın döşlərini var gücü ilə sıxır, sıxırdı… “Yox, yaxşıdır. Xoşuma gəlir!” – deyən erməni əlindəki süngü bıçağı ilə ovcundakı döşləri dibindən kəsdi… Aylar, illər, onilliklər keçəcəkdi, amma yeniyetmə qızın çığırtısı bu zirzəmidəki insanların qulağından heç vaxt getməyəcəkdi… Qızcığaz bağırırdı. O artıq atasını da köməyə çağırmır, sadəcə bağırırdı. Onun çığırtıları içində güclə eşidiləcək “Allah” nidası hiss olunurdu. O da ağrıdan qırıq-qırıq… tam eşidilmirdi… Bəlkə də heç allahı çağırmırdı… Yekəpər erməni onun yenicə kəsilmiş döşlərini əlinə alıb stoldan kənara çəkildi. Qızcığaz stolun üstündə döşsüz sinəsindən yapışıb, ulayırdı… Yekəpər erməni qəhqəhə ilə ovcundakı döşü atıb-tutduqdan sonra onu göyə vızıldatdı. Qızın döşləri bayaqdan ermənilərin əlindən çıxmağa çalışan, hönkürən kişinin üzünə çırpılıb, ayağı altına düşdü. Atanın sifəti qana bulaşmışdı… Ən dəhşətlisi isə o idi ki, girovların arasında hələ dörd yeniyetmə qız var idi. Bu o demək idi ki, hələ dörd ata hönkürəcək, dörd ana bayılacaq, dörd övlad stolun üstündə çığırıb ulayacaq və səkkiz kəsilmiş döş göydə fırlanıb uçuşacaq, qanını havalanmış girovların üzünə sıçradacaqdı… Hələ uzun illər sonra da girovluqdan qurtulan insanların yuxusunda göydə qadın döşləri uçuşacaq, atalar hönkürəcəkdi…”

Bu cümlələr Vüsalə Məmmədovanın “Cəhənnəmdə böyük çığırtı” kitabındandı. Orada belə ürək dağlayan səhnələr çoxdu. Kitabın qəhrəmanları bədii obrazlar deyil, qorxunc işgəncələr yaşamış real insanlardı. Girovluqda olanların başına açılan müsibətlər haqda çox eşitmişəm. Azad edilənləri Ağdamda görmüşəm, onların halından, yaşadıqlarından xəbərim vardı.

 

Bəlkə də buna görə kitab elə ilk səhifəsindən məni acı xatirələrin girdabına atdı…

 

***

 

Olanlar yazılmasa, tarix yaranmaz, elə tarixin öz qaranlıq künc-bucağında itib-batar. Varlam Şalamov “Kalım hekayələri”ni, Soljenitsın “Arxipelaq QULAQ”ı yazmasaydı sovet həbs düşərgələrində yaşanan vəhşətdən kim xəbər tutacaqdı, insan əzabının detallı təsvirini kim verəcəkdi?!

Zülmün min bir halını yaza bilməsi yazıçının istedadına bağlıdır. Belə əzabdan söz düşəndə ilk olaraq Andrey Platonovun “Can” əsəri ağlıma gəlir. Dostoyevski, Hüqo, Şoloxov da əzabı canlıymış kimi təsvir ediblər. Amma bu yazımda söhbət fiziki, mənəvi işgəncə əzabından gedir. Bədii əsərlərdə nə qədər dolğun canlandırılsa da, obrazları yazıçı yaratdığından onlar elə bədii personaj olaraq da qalırlar. Biri də var, qəhrəman qurbanın özüdü, canlı şahiddi.

…İyirmi il öncə Krıma səfərlərin birində xarici fondlardan qrant alan bir qrup krım-tatar gənclə tanış olmuşdum. Onlar 1944-cü ilin 18 may gecəsi Krımdan sürgün edilən yaşlı adamları danışdırır, söhbəti videoya çəkir, audio yazıya alırdılar. Məqsədləri canlı şahidlərin diliylə xalqın faciəsini kitablara yazmaq, dünya dillərinə çevirib yaymaq idi. Ətürpərdən sürgün olaylarını onun canlı şahidlərindən yaxşı kim təsvir edə bilərdi ki?! “Cəhənnəm çığırtıları”nı oxuyanda o krım-tatar uşaqları xatırladım.

1984-cü ilin yayında, yeniyetmə çağımda Rusiyanın tarixi Borodino deyilən yerinə yaxın Petrişevo kəndində faşistlərin amansız işgəncə ilə öldürdükləri Zoya Kosmodemyanskayanın ev muzeyində görüb eşitdiklərimdən vücudum sustalmışdı. Barmaqlarımın ucu gizildəmişdi, elə bil mənim dırnaqlarımı çıxarmışdılar.

Beş il öncə Krakov yaxınlığındakı Osvensim həbs düşərgəsində tarixin ən qəddar cinayətinə işıq tutan muzey eksponatlarına – taya kimi yığılan insan tükünə, əsirlərin ayrıca otaqda qalaqlanan eynəklərinə, uşaq ayaqqabılarına, işgəncə otaqlarına, baraklara, qaz kameralarına, krematoriyaya baxanda, filmlərdə gördüyüm dəhşətlərin bir vaxtlar həqiqətən burada yaşandığını təsəvvürə gətirəndə bədənim ürpəşmişdi. Heç bir film, kitab canlı şahid, mövcud dəlil qədər həqiqəti çılpaqlığı ilə təsvirə gətirə bilməz. 

“Cəhənnəmdə böyük çığırtı”nı oxuyanda ağlıma gəldi ki, nə vaxtsa Qarabağı azad edəndə (mən buna hələ də inanıram) Şuşa türməsini, Əsgəran milis idarəsini, xüsusən də, girovların “sobalı otaq” adlandırdığı zirzəmini muzeyə çevirməliyik. Bu muzeylərə gələnlər bir vaxtlar burada girov qadın, uşaq və qocalara, əsir kişilərə verilən növbənöv işgəncələrdən xəbər tutsunlar. 

***

Vüsalə Məmmədova ilə yazışanda ona təklif elədim ki, bu kitab əsasında bir film ssenarisi yazsın. Təklifimi inamsız qarşıladı. Belə bir filmi kim maliyyələşdirəcək? Buna kim maraq göstərəcək?

Canlı şahidlərə istinadən çəkilib dünya şöhrəti qazanan filmlər çoxdu. Polyak yəhudisi, məşhur pianoçu Vladislav Şpilman haqda çəkilən “Pianoçu”, min iki yüzəcən yəhudini ölümdən xilas edən alman Şindlerin fədakarlığından bəsh edən “Şindlerin siyahısı” filmi, sadəcə, daha çox tanınandı.

Kitabda neçə-neçə belə filmlik ssenari materialı var. Dürdanə, Yeganə, Müşfiq, Arzu, Mehriban canlı obrazlardı, Əsgəran milis idarəsində yaşananların bədii əlavələrə ehtiyacı yoxdu. Hazır ssenaridir. “Şindlerin siyahısı” qədər təsirli bir filmin süjetidir. Bilirsiniz o film neçəyə başa gəlib? Cəmi 22 milyon ABŞ dollarına!

Gitaraçı Valeh Hüseynov “Pianoçu” filmindən də təsiredici süjeti erməni qadınların baxışları altında dırnağı çıxarılan barmaqları ilə özü yazır. 35 milyon dollara çəkilib o film. Dünya kino tarixinin şedevrlərindən olan bu filmlər qədər yəhudi iztirabını dünyaya çatdıra bilən başqa nə düşünmək olardı, görən? Cəmi bir neçə milyona insanların şüuruna, qəlbinə yol tapmaq, həqiqəti çatdırmaq mümkünmüş. Varlı neft ölkəsində nə puldur ki, bu milyonlar?!

Vüsalə Məmmədova dəhşətli işgəncələrdən keçən o adamları danışdırmaqla tarixi cinayəti tarixə yazıb – çox böyük iş görüb. Güman edirəm, diktofonuna yazdığı o söhbətlərin audio yazılarını saxlayır, nə vaxtsa yaradılacaq “işgəncə muzeyi”nə verəcək.

Bundan o yanası onluq deyil. Onun yazdıqlarına sahib çıxılmalıdır. Bu sahib dövlət də ola bilər, fond da, bir imkanlı şəxs də. Bu cür kitablar başqa dillərə çevrilməyəcəksə, dünya tamaşaçısını hədəfləyən filmlər çəkilməyəcəksə daha nə üçün yazılır? Özümüz üçünmü? Özümüz bu həqiqətləri onsuz da bilmirikmi?!

Erməni əsilli italyan yazıcısı Antoniya Arslanın tək İtaliyada səkkiz dəfə nəşr olunan, dünyanın bir xeyli dilinə tərcümə edilən, çoxsaylı mükafatlar qazanan “Torağay malikanəsi” əsəri əsasında Taviani qardaşlarının çəkdiyi “Torağay yuvası” filmində 1915-ci ildə Türkiyədə baş verən hadisələr canlandırılır.

Ermənilərin bu mövzuda çox filmləri var.

“Qəsb edilmiş Ermənistan” (“Ravished Armenia”) adlı ilk film 1919-cu ildə ABŞ-da çəkilib. ABŞ-a yenicə gələn qaçqın ermənidə belə bir filmi çəkməyə imkan nə gəzirdi? Filmi ərsəyə gətirənlərin siyahısında Henri Morgentau (Henry Morgenthau) adını oxumaq elə bu suala cavab tapmaq deməkdir. Bu, I Dünya Müharibəsi illərində ABŞ-ın Osmanlı imperiyasındakı səfiri olan, eyni zamanda, onunla müharibə aparan Antantanın marağını təmsil edən, prezident Vilsona erməni köçürmələrindən düşmən Almaniya və Osmanlıya qarşı siyasi təzyiq kimi istifadə etmənin siyasi faydası haqda silsilə məktublar yazan şəxsdir. Məhz onun 1918-ci ildə yazdığı “Səfir Morgentaunun xatirələri” (“Ambassador Morgenthau’s Story”) əsas götürülərək türklərə qarşı “erməni soyqırımı” davası başladılacaqdı. Bu haqda “Şahmat taxtasında beysbol” adlı essemdə ətraflı yazmışam, hazırkı yazının mövzusu olmadığından burada dayanıram.

Bu mövzuda müxtəlif illərdə və müxtəlif ölkələrdə çəkilən filmlər dəhşət səhnələriylə doludu. Vüsalənin təsvir etdikləri ermənilərin çəkdiklərindən qat-qat ağır səhnələrdi, amma ermənilər bu dəhşət dolu kadrları çəkməklə özlərinin əzabkeş obrazlarını yarada biliblər. Filmlər ermənilərə rəhm aşıladığı qədər də türklərə nifrət hissi doğurur. Hətta türk əsilli alman rejissoru Fatih Akının “Çapıq” (“The Cut”) adlı filmində də belə təsirli yerlər çoxdu. Amma fikrimcə “Torağay yuvası” daha “uğurlu”dur. Çünki burada tamaşaçıya “türk vəhşiliyi” bir neçə humanist türkün fonunda usta fəndlə təqdim olunur.

 

***

 

Siyasət qatqılı ədəbiyyatı, incəsənəti, hardasa, anlamaq mümkündü, zaman-zaman fikir adamları öz siyasi düşüncələrini sənət vasitəsilə çatdırıblar. Məqsədindən asılı olmayaraq, hər hansı ideologiyaya, siyasətə tamamən qurban veriləndə isə sənət mahiyyətini dəyişir, sənət yox, təbliğat, təşviqat materialı olur. Yalnız haqqa, ədalətə söykənib sülhə, barışığa çağıran bədii əsərlər yaşarıdır. Belələrini hamı başa düşür, sevir, oxuyur, baxır, ürək ağrıdır və nəhayət, ibrət, nümunə götürür. Zorakılığa, qisasa çağıran bir bəşəri roman, film, tablo, heykəl, musiqi göstərə bilməzsiniz.

“Cəhənnəmdə böyük çığırtı” qorxunc işgəncə səhnələriylə zəngindi. Bir neçəsini burda verirəm: “Çarəsiz kişilər zorlanan qadınların da yerinə bağırırdılar”, “12 yaşlı Əhmədin ovcuna açılan güllə… sonra bu yaraya tökülən qaynar çay…”, “Qəlpə Mehribanın yaş yarımlıq oğlu Sərxanı üzündən və ayağından yaralamışdı. Uşaq anasının gözü qarşısında, yerdə uzanıb çabalayırdı”, “Hələ doğmağına bir ay var idi, uşağını götürüb yerinə pişik balası qoyub, tikiblər. Pişik içəridə cırmaqlamağa başlayıb. Ağdamda əməliyyat edən həkim bunu görəndə ürəyi partlayıb, ölüb dedilər. Qadını da xilas eləmək mümkün olmadı…”

“Müharibə zonasını birinci Allah tərk edir!” Əsir düşmənə dəhşətli işgəncələr vermək müharibələrə xasdır. Kitabdakı işgəncə verən o kəsləri hər müharibədə görə bilərik. Yuxarıda adını çəkdiyim və çəkmədiyim zorakılıq aşılayan onlarla erməni filmi, kitablarıdır işgəncə verən o qatilləri yetişdirən. Təlim düşərgələrində beyinləri yuyulan, zombiləşən vəhşilərdi onlar. Belə bir mühitdə hər birimiz qəddar caniyə çevrilə bilərik. Onlara hər kəs, azca mərhəmət hiss olan ermənilər belə nifrət edir.

“Cəhənnəmdə böyük çığırtı”nın uğuru həm də ondadır ki, müəllif bu qədər şiddət mənzərələrindən sonra belə oxucunu zorakılığa səsləmir, onu oxuyanda yaranan qəzəbi, nifrəti körükləmir, sadəcə olmuşları olduğu kimi göstərir. Vüsalə kitabın özü haqda olan çox kədərli “Son söz” hissəsində də oxucunu kinlə, nifrətlə yükləmir.

Rejissor Zaza Uruşadzenin gürcü-abxaz müharibəsində həlak olan tanınmış gürcü aktyoru Levan Abaşidzeyə ithaf elədiyi “Naringilər” filminə baxmağı oxuculara tövsiyə edirəm. Naringi becərən bir kəndli bir-birinə düşmən iki yaralını evində gizlədib sağaldır. Onun humanizmi düşmənlərin qarşılıqlı nifrətini bir-birinə ehtirama çevirir.

Dünyanın yaraları yalnız sevgiylə sağalar!

Yüksək zövqlə çəkilən filmin ünvanı dünya tamaşaçısıdır. Filmin “Oskar”a namizədlər siyahısınadək getməsinə, xeyli beynəlxalq mükafat almasına səbəb onun dünya dilində çəkilməsidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq, filmə baxan hər kəs əsl həqiqəti görür, gördüyünü anlayır. Rejissor bir uğurlu filmlə iki hədəfə çatıb: sənət əsəri yaradıb və müharibənin əsl baiskarını göstərib. O, siyasəti çox usta priyomlarla sənətə qatıb – filmin sonunda hər iki düşmən birlikdə rus əsgərlərinə qarşı döyüşür.

Və belə bir film cəmi 650 min avroya çəkilib!

Vüsalə Məmmədova dünyanı heyrətə gətirəcək faktlarla zəngin bir kitab ərsəyə gətirib. Davam etdirilməlidir! Mədəniyyət nazirliyi, ya başqa bir təşkilat, fond, imkanlı şəxs bunu edə bilər. Yaxşı bir ssenari yazılar, dünya tamaşaçısına maraqlı gələn film çəkilər.

Hər il səfirliklərimizdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Təbliğat-təşviqat xarakterli çoxsaylı kampaniyalara milyonlar xərclənir. Bunlar da lazımdı, anlayıram. Amma “Cəhənnəmdə böyük çığırtı” əsasında çəkiləcək uğurlu bir filmin bu kampaniyalardan qat-qat artıq effekt verəcəyinə inamım daha çoxdu. Qarabağı ermənidən çox sevdiyimizi əməlimizlə sübut etmək məqamı belə hallarda yetişir.

 

***

 

“Hamının gözü avtobusdan dönüb geriyə, milis şöbəsinin qarşısındakı kiçik meydançaya top əvəzi atılıb qalan məshəti türkü Əhmədin başına dikilmişdi… Avtobus milis şöbəsindən aralandıqca Əhmədin meydançanın ortasına atılan başı kiçilir, onların arxasınca baxan gözləri görünməz olurdu…”

 

Yazını bitirhabitirdə saytlarda oxudum ki, “Fəryad” filmindəki baş qəhrəmanın prototipi, əsirlik işgəncəsi yaşamış Qarabağ qazisi Mehman Hüseynov ürək çatışmazlığından ölüb. Onu tanıyırdım. 1991-ci ildə avtovağzal müdirliyini buraxıb cəbhəyə getmişdi. Əsirlikdə sındıra bilməmişdilər, amma bizim cəmiyyət sındırdı. Psixoloji sarsıntılarla sosial-məişət qayğıları girdabında yaşanan ömrünü ürəyini verib tükətdiyi vətəndə kirəkeş kimi başa vurdu.

…Mən də filmdən danışıram, bayaqdan!

 

Vahid Qazi

 

18 may 2015

 

vahidqazi.wordpress.com

 

Mənbə : Lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles